Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neftçala icra başçısı dostu ilə Bakıda yol hərəkəti qaydalarını belə pozdu-(VİDEO)

 

 Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Heydər Atayevin idarə etdiyi və Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun sərnişini olduğu 99-RJ-991 dövlət nömrə nişanlı “Leksus” markalı avtomobil Bakının İstiqlaliyət küçəsində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozub.

Oxuculardan birinin redaksiyamıza göndərdiyi məlumatda qeyd edib ki, 19 may saat 22.00 radələrində icra başçısı və komitə əməkdaşı öz avtomobilləri ilə qanunun dayanma-durma qaydasını pozaraq, avtomobili öncə uzun müddət piyada keçidinin üzərində, daha sonra qadağandır nişanın təsir dairəsində saxlayıb.

Buna səbəb isə icra başçısı və komitə əməkdaşının yaxınlıqdakı kafeden kofe içmək istəyi olub. Qeyd edək ki, ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu bir dövrdə icra başçısının rəhbəri olduğu rayonu hansı səbəbdən tərk edərək, axşam saatlarında paytaxt küçələrində qaydaları pozmaq hesabına kofe içməyə çalışması xeyli sual doğurur.

Bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən, ora irad tutub. Prezident deyib: “Sən yaşça kiçiksən, yerini dəyiş”.(editor.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam