Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ərdoğanla Merkel koalisiyadan danışdı...

 

Xəbər verdiyimiz kimi, Almaniya kansleri Angela Merkel Ankaraya səfər edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuat konfransı keçirib.

Yenixeber.org: Birgə mətbuat konfransı zamanı Ərdoğan Merkelin hakimiyyəti dövründə koalisiya hökumətləri olmasaydı, iki ölkə arasındakı əlaqələrin daha yaxşı olacağını bildirib. 

Türkiyə Prezidenti qeyd edib ki, koalisiya hökumətləri işi hər zaman çətinləşdirir.

“Bizim koalisiya hökumətləri də heç bir nəticə əldə etmədi. Ancaq prezident idarəetmə sisteminə keçməklə bu koalisiyalardan xilas olduq və intensiv işə başladıq”, - deyə Ərdoğan bildirib.

Ərdoğanın bu sözlərindən sonra iki lider arasında aşağıdakı dialoq baş verib:

 

Merkel: Belə başa düşülməsin ki, koalisiyada təmsil olunan tərəfdaşlarımızla işləməkdən məmnun deyilik. Bu Almaniya hökumətlərinin xüsusiyyətidir, koalisiya bizim siyasi sistemimizə uyğundur. Biz prezident sisteminə keçmək istəmirik.

 

Ərdoğan: Hörmətli kansler, ancaq şikayətlərinizi zaman-zaman mənə çatdırırdınız.

 

Merkel: Düzdür, həyat belədir. Amma yenə də gözəl həyatdır.

 

Ərdoğan: Nəvəm deyir ki, “baba, nə edəcəksən, həyat belədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam