Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Saakaşvili müraciət yaydı-hökmləri "Putinin əmri" adlandırıb

 

Saakaşvili həbsxanadan müraciət yaydı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfdarlarını heç nədən qorxmamağa və sona qədər getməyə çağırıb.
Yenixeber.org: Bu barədə onun 12 saylı Rustavi Cəzaçəkmə Müəssisəsindən yazdığı məktubda vurğulanıb.
Saakaşvili çıxarılan hökmləri "Putinin əmri" adlandırıb və Rusiyadan başqa heç bir ölkənin onları tanımadığına əmin edib.
"Əziz silahdaşlarım və gürcü cəmiyyəti, hər şeyi Kiyevdə qoyub bura gələndə bilirdim ki, böyük ehtimalla tamamilə uydurma, yalan ittihamlarla tutulacağam, amma yenə də gəldim, çünki mən öz ölkəmə və hər birinizə inanıram! " - Saakaşvili yazıb.

Eks-prezident silahdaşlarını seçkilərə gəlməyə çağırıb, qələbənin hər birinin əlində olduğunu bildirib: "Sizdən xahiş edirəm, bir səs belə itirməmək üçün seçkiyə gedin, sonra hamınız birlikdə referendumun nəticələrini müdafiə edin. Mənim azadlığım və min qat daha vacib olan Gürcüstanın azadlığı sizin fəaliyyətinizdən və mübarizliyinizdən asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Qorxmayın və zəfərimizin öz əlimizdə olduğuna sona qədər inanın".

Hazırda Ukrayna vətəndaşı olan Mixail Saakaşvili bankir Sandro Qirqvlianin öldürülməsi və deputat Valeri Qelaşvilinin döyülməsi işində qiyabi məhkum edilib. O, bu işlər görə 9 il həbs cəzası alıb. Bundan əlavə, Saakaşvili 7 noyabr 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması, dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsində təqsirli bilinir ki, bu işlərə də məhkəmələr baxır, hələlik heç bir hökm verilməyib.

Mixail Saakaşvili dünən Tbilisinin rayonlarından birində saxlanılıb. O, şənbə günü keçiriləcək yerli idarəetmə seçkiləri ərəfəsində sərhədi qanunsuz keçərək Ukraynaya gəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam