Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilərin Qazaxla sərhəddən köçürülməsi faktı TƏSDİQLƏNDİ – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Ermənistan Dilican (Tavuş) bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.

Yenixeber.org: Bu haqda informasiyanı bölgənin qubernatoru Ayk Galumyanın yayıb.

Onun sözlərinə görə, avqustun 19-da qəbul edilən qərarda evakuasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır. Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazır.

Bu deyilənləri erməni bloger Mika Badalyan da özünün Telegram kanalında təsdiq edib və qubernatorun imzaladığı sənədin kopyasını yayımlayıb.

Badalyan fotofakta bu sözləri də əlavə edib:

“Dünən Dilican (Tavuş) bölgəsinin qubernatorunun planları ilə bağlı xəbər dərc etmişdim. O plana gğrə bəzi kəndlərin sakinləri köçürülməlidir”.
Onun fikrincə, xəbərə Ermənistanın Telegram kanalları lazımi diqqət yetirməyib:

“Düzdür, heç bir dəlil təqdim edilməyib. Buna görə də, mövcud planın foto sübutlarını yaymaq qərarına gəldim. Həm də təkrar edirəm ki, digər sərhəd bölgələrində belə plan hələ yoxdur”.(Bizim.media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam