Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qazaxın 7 kəndini qaytarmalıyıq -Paşinyanın adamı

Qazaxın 7 kəndini qaytarmalıyıq - Paşinyanın adamı

Ermənistan mediası Qazaxın 7 kəndinin qaytarılmasına hazırlıq getdiyi haqda yazır. Maraqlıdır ki, bunu adətən Paşinyana müxalif olan media gündəmə gətirirdi, indi isə Tavuş bölgəsinin qubernatorunun qardaşı, hakim partiyanın deputatı Vahe Qalumyan danışır.

Yenixeber.org: Qalumyan “Tavuşda Ermənistanın nəzarətində olan Azərbaycan kəndləri var, düşünürəm ki, bu, həll edilməsi lazım olan problemdir” deyə bildirib.


Rusiya sərhədçilərin Əskipara kəndinə gəlməsinin səbəbləri haqda yazımızda 7 kəndin masada olduğunu yazmışdıq. Paşinyanın deputatının sözləri də bu versiyanı gücləndirir.

Qazaxın eksklav olan 3 kəndinin qaytarılması üçün dəhliz lazımdır və görünür, rus hərbçilər bu dəhlizin təhlükəsizliyinə də nəzarət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam