Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Qazaxın işğaldakı kəndləri qaytarılır –Rus sülhməramlıları ərazidə

Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə

Martın 7-də Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə gəliblər. Onlar  1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ərazidə, Azərbaycanın Barxudarlı kəndi ətrafında demarkasiya tədbirləri həyata keçirirlər.

Yenixeber.org: Eyni zamanda, Azərbaycan hərbçilərinin bu zonaya gəlişi barədə məlumatlar  verilir. Bildirilir ki, onlar  ermənilərlə müəyyən ərazilərin azad  edilməsi üçün  danışıqlara başlayıb.

Bu barədə bir neçə erməni KİV və Telegram kanalı Taush bölgəsinin yerli hakimiyyət orqanlarına istinadən məlumatlar yayıb.

Erməni müxalifətçiləri də öz növbəsində Ermənistan hakimiyyətini növbəti dəfə torpaq təslimində və xəyanətdə günahlandırdılar. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi “Ermənistan ərazilərinin” təslim edilməsinin mümkün olmadığını bildirib.

Əslində bu bəyanat  baş verənlərə zidd deyil ki, çünkü  bu istiqamətdə ermənilər iki Azərbaycan anklavını işğal ediblər və söhbət burada yerləşən  Bağanis Ayrım, Barxudarlı, Sofulu, Yuxarı Əskipar, Aşağı Askipar, Yeyrimli, Qızılhacılı kəndlərindən gedir.

Azərbaycandan Ermənistana (İcevan və Noyemberyana) gedən avtomobil  və dəmir yolları  bu anklavlardan keçir. Erməni tərəfi  Rusiyaya məhz bu yolun, Zəngəzur dəhlizindən deyil, açılmasının vacibliyindən danışır. Bunu nəzərə alaraq, bu yoldan istifadə məsələsinin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması şərtilə reallaşa biləcəyini güman etmək olar. Eyni zamanda, aydındır ki, , Bakının buna   o zaman razılıq verə bilər ki, həm də Zəngəzur dəhlizi açılsın. /Turan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam