Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Yaşma” Hadrutda düşmən bölüyünü belə məhv edib- DETALLAR

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Qarabağ Müharibəsinin gedişatı ilə bağlı bir sıra detallar üzə çıxır.

Yenixeber.org: “Yaşma”nın Ermənistanın işğal altındakı torpaqlarda yerləşdirilən 3-cü alayının 7-ci bölüyünü tam heyətlə məhv etməsinin detalları aydın olub.

 

Ağdamdakı mövqelərindən çıxarılaraq Hadrut istiqamətinə göndərilən batalyon qəsəbəni işğaldan azad etmiş Ordumuza qarşı vuruşmalı idi. 2020-ci il oktyabrın 10-da imzalanmış atəşkəs razılaşmasını pozmağı planlaşdıran düşmən qəfil həmlə ilə Hadrutu yenidən nəzarətə almağı hədəfləyirdi.

Oktyabrın 10-dan 11-nə keçən gecə kapitan Gevorq Gevorqyan başçılıq etdiyi bölük hücum cəhdlərinə başladı. Bölüyə qarşı döyüşlərə Milli Ordunun “Yaşma” kimi tanınan xüsusi təyinatlı hərbçiləri cəlb olundu. Yüksək döyüş hazırlığı və seçilən düzgün hərbi taktika Hadruta daxil olmağa çalışan düşmən qüvvələrinin mühasirəyə alınmasına səbəb olur.

5 saat davam edən döyüşdə düşmənin hərbi texnikasını, o cümlədən yük maşınlarını məhv edildi. İşğalçı ordunun 7-ci bölüyünün 72 hərbçisi, başda kapitan Qevorq Qevorqyan olmaqla məhv edildi.

Böyük itkilər verən düşmən Hadruta nəzarəti yenidən ələ keçirmək niyyətlərindən vaz keçməli oldu. Hadrut istiqamətindəki məğlubiyyət Ermənistan ordusunun mənəvi-psixoloji durumuna da mənfi təsir göstərdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam