Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycan Müdafiə Nazirliyi -düşmən hərbçiləri təslim olmağa çağırıb

Azərbaycan Müdafiə Nazirliyi düşmən hərbçiləri təslim olmağa çağırıb

“Əminliklə deyə bilərik ki, düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə məqsədyönlü şəkildə bütün istiqamətlərdə sıxışdırılır, ağır itkilər verərək geri çəkilməyə məcbur edilir”.

Yenixeber.org: Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

“Xeyli sayda hərbi qənimət ələ keçirilir. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatını beynəlxalq humanitar hüquq norma və prinsiplərinə uyğun olaraq həyata keçirir. Düşmənin canlı qüvvəsi və legitim hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilir. Pərakəndə şəkildə fəaliyyət göstərən düşmənin döyüş meydanından xəbəri olmayan hərbi-siyasi rəhbərliyi hələ də uydurma məlumatlarla daxili auditoriyaya təsəlli verir. Bu yalanlarla aldadılaraq işğal altındakı ərazilərə gətirilən döyüşçüləri məhv edilmədən öncə həqiqəti dərk etmələri və silahı yerə qoyub könüllü şəkildə təslim olmağı onların sağ qalmaq üçün yeganə yoludur. Qələbə bizimlədir!”, - o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam