Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycan təbii qazı öz vətəndaşına 25, Türkiyə və Gürcüstana 22-23, İrana isə 6,5 qəpiyə satır – RƏSMİ

 


Bu ilin ilk 5 ayı ərzində Azərbaycan xarici ölkələrə 9 milyard 174 milyon 562,13 min kub metr həcmində təbii qaz satıb.
Yenixeber.org: Gömrük Komitəsinin açıqladığı məlumatlara görə, xaricə satılan təbii qazın ümumi dəyəri 1 milyard 335 milyon 749,12 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kub metrinin gömrük dəyəri 145 dollar və ya (247 manat) olub.
Hesabat dövrü ərzində Azərbaycan təbii qazın 1000 kub metrini Türkiyəyə 137 dollara (230 manat), Gürcüstana  131 dollara (220 manat), İrana isə 38 dollara (65 manat) satıb.
Bu isə o deməkdir ki, Türkiyəyə satılan 1 kv metr təbii qazın gömrük dəyəri 23 qəpik, Gürcüstana satılan təbii qazın qiyməti 22 qəpiyə, İrana satılan təbii qazın qiyməti 6,5 qəpiyə bərabərdir.
Qeyd edək ki, bu gün Tarif Şurası əhaliyə satılan təbii qazın tariflərin artırılması barədə qərar verib. Qərara görə 1 iyul 2021-ci il tarixindən etibarən təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif 1 kub metr üçün 10 qəpik, 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Göründüyü kimi, Azərbaycanda əhali təbii qazın 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib ki, bu da Türkiyə, Gürcüstana və  İrana satılan təbii qazın qiymətindən yüksəkdir.(yeniavaz)
A. Cəfərov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam