Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Aİ-92” markalı benzini xaricə 28 qəpiyə, özümüzə 90 qəpiyə satırıq


Yola saldığımız 2020-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan xaricə oktan ədədi 95-dən az olan (“Aİ-92”) 64 min 134,1 ton benzin ixrac edib. 
Yenixeber.org: Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə əsasən, ixrac olunan benzinin ümumi dəyəri 14 milyon 146,3 min dollar olub. Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixrac etdiyi 1 ton “Aİ-92” markalı benzinin gömrük dəyəri  220,6 dollar (375 manat) olub.

Onu da bildirək ki, ötən ilin ilk 10 ayında daxili bazarda 1 ton “Aİ-92” markalı benzinin topdansatış qiyməti 1052 manat, pərəkanda satış qiyməti 1180 manat olub. 
Açıqlanan məlumatlardan belə görünür ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə satılan “Aİ-92” markalı benzinin 1 litri 28 qəpik, daxili bazarda satılan “Aİ-92” markalı benzinin topdansatış qiyməti 1 litr üçün 80 qəpik, pərəkanda satış qiyməti isə 1 litr üçün 90 qəpik olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam