Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Robert Köçəryan Qarabağ ermənilərini səsverməyə cəlb edir-Pulla ələ alır...

 Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində seçicilərin pulla ələ alınması haqda xəbərlər gəlir.

Yenixeber.org: Əvvəlcə Nikol Paşinyanın əsas rəqibi hesab edilən keçmiş prezident Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” bloku hakimiyyəti bu taktikadan istifadə etməkdə günahlandırıb. Blokun seçki qərargahının nümayəndəsi Aram Vardavanyan deyib ki, Sünik və Qeqarkunik vilayətlərində kəndlilərə subsidiyaları “nəyə görəsə məhz indi” paylamağa başlayıblar. Onun fikrincə bu, seçicilərin ələ alınması cəhdidir.

Lakin digər xəbərlərə görə, seçicilərin ələ alınması mexanizmini Robert Köçəryan da işə salıb, özü də söhbət birbaşa ələ alınmadan gedə bilər. Belə ki, Köçəryan bu məqsədlə böyük vəsait ayırıb və onun adamları seçicilərə “Ermənistan” blokuna səs vermək üçün pul təklif edirlər.

Habelə Köçəryan seçkilərə Qarabağda yaşayan erməniləri də cəlb edir. Onları Gorusa daşıyırlar və orada seçici kimi qeydə alırlar. Bu da təsadüfi deyil, çünki Qarabağ ermənilərini praktiki olaraq R.Köçəryanın elektroratı hesab etmək olar. Bəlli olduğu kimi, işğal illərində Dağlıq Qarabağın praktiki olaraq bütün sakinləri qanunsuz olaraq Ermənistan pasportları alıblar və nəticədə formal olaraq bu ölkənin vətəndaşları hesab edilirlər. Yəni onların Ermənistanda səs vermək imkanları var.

Siyasi texnoloq Karen Köçəryan jurnalistlərə açıqlamasında deyir ki, seçicilərin pulla ələ alınması hər yerdə rast gəlinir, amma Ermənistanda bunu kobud şəkildə, “balta üsulu” ilə edirlər. O, əvvəlki seçkilərdə də seçicilərə pul paylanılması hallarının geniş yayıldığını xatırladıb.

Qeyd edək ki, R.Köçəryanın seçiciləri pulla ələ almaq üçün maddi resurslarının kifayət qədər olduğuna şübhə yoxdur. O, Qarabağda talançılıqdan və daha sonra Ermənistana rəhbərlik edərkən qurduğu korrupsiya sistemindən milyardlarla dollar qazanıb. Köçəryan kapitalının bir hissəsini Rusiyanın “Sistem” maliyyə korporasiyasının səhmlərinə yatırıb və son vaxtlara qədər özü də həmin korporasiyanın direktorlar şurasında təmsil olunurdu. Seçkilərə qatıldığı üçün şuradan istefa verib.

Seçiciləri pulla ələ almaq təcrübəsindən oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası da əvvəllər geniş istifadə edib, indi də onun adamlarının bu resursdan istifadə etdiyi haqda xəbərlər var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam