Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rövşən Məmmədov Ranar Musayevdən niyə çəkinir? –AzTV sədrinin intriqaları davam edir

 

 

Yenixeber.org: Son günlər müzakirə olunan, Aztv – nin keçmiş əməkdaşları tərəfindən gündəmə gətirilən mövzuların doğru olub-olmadığını müəyyənləşdirmək müşkül məsələyə çevrilib. Hər iki tərəf “fakt” kimi ortaya ciddi dəlil qoya bilmir. Əvvəlkilərin, yoxsa indi vəzifələrə təyin olunanların daha çox talançılıq etməsi günlərdir, müzakirə olunur.

Əvvəla, onu qeyd edək ki, Azərbaycan Televiziyasında hazırda olan narazılıq heç vaxt olmayıb. Ona görə yox ki, deyilənlər doğrudur. Azərbaycan Televiziyasında talançılıq var. Ona görə ki, yeyinti həddən artıq ədalətsiz formada həyata keçirilir.

Azərbaycan Televiziyası faktiki olaraq bir neçə şəxs arasında bölünüb. Geridə qalanlar isə qəpiyə işləyir. Sədr Rövşən Məmmədov təkcə yeyintilərlə yox, vəzifəyə qoyduğu adamlara qarşı etdiyi haqsızlıqlara görə də tarixdə qalacaq. Belə ki, o, Azərbaycan Televiziyasına sədr gələndən bir müddət sonra bədii rəhbər vəzifəsinə gətirdiyi Ranar Musayevi qalxan olaraq istifadə edir. Televiziya daxilində baş verən hər şeyi onun üzərinə atır. Yediyi pulları, maliyyə fırıldaqlarını Ranar Musayev etmiş kimi ictimaiyyətə təqdim edir. Halbuki Ranar Musayevin televiziyaya gətirdiyi layihələrin hesabına özünü təsdiq etməyə çalışır. Onun əziyyətini öz adına çıxır. Halbuki Ranar Musayevin Azərbaycan Televiziyası üçün etdiklərinin 1 %ni özü etməyib. Ranar Musayevin televiziyaya gətirdiyi adamları ciddi vəzifələrə qoyduğuna görə peşman olan Rövşən Məmmədov onu gələcək üçün təhlükə görür. Hətta baş redaktor vəzifəsinə təyin etdiyi, Ranar Musayevin kadrı olan aktyor Ziya Ağaya baş prodüser vəzifəsi söz verilsə də, hələ ki, alınmır.

Hazırda Nazilə Babayevanın tutduğu vəzifədən gedəcəyi deyilsə də, yaxın günlərdə bu, real görünmür. Çünki Ranar Musayevin televiziyada bu qədər möhkəmlənməsi Rövşən Məmmədovu həyəcanlandırıb. Özü də gözəl bilir ki, yenilikçi, hamı tərəfindən sevilən Ranar Musayev və Ziya Ağa onun bacarmadıqlarını elədilər. Aztvdə narazı keçmiş kadrlar onları sevir və dəstəkləyir. Bu isə Rövşən Məmmədova acı reallığı xatırladır.

Rafiq Kəlbiyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam