Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Mürvət Həsənlinin AzPolitika.info, musavat.com, cia.az, bia.az-dakı məqaləsini kim sifariş edib?-PROBLEM


Yenixeber.org: Turan İnformasiya Agentliyi 12 aprel tarixli informasiya sorğusuna Kənd Təsərrüfatı Nazirliyindən cavab (28 aprel tarixli) alıb. Cavab gec və qanunvericiliyin pozulması ilə verilib. Belə ki, "İnformasiya əldə etmək haqqında" qanun cavabın 24 və ya 48 saat, ən geci 7 gün ərzində verilməsini tələb edir. Kütləvi informasiya vasitələri haqqında qanun cavabı 24 saat, əsaslandırılmış zərurət olduqda isə daha çox müddətdə tələb edir.

Agentlik 2019-2023-cü illər üçün Azərbaycanda heyvandarlığın inkişafı və otlaqlardan səmərəli istifadə üzrə Dövlət Proqramının olub-olmaması barədə məlumat verməyi xahiş edib.

Məsələnin mahiyyəti bundan ibarətdir: Bu il fevralın 10-da Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat dərc edilib: "Azərbaycanda heyvandarlığın inkişafı və qarşıda duran vəzifələr" mövzusunda onlayn müşavirə keçirilib. Bu məlumatda qeyd olunub ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında heyvandarlığın inkişafı, örüş-otlaq ərazilərinin səmərəli istifadəsi üzrə Dövlət Proqramı” nın icrası ilə bağlı görülən işlər öz bəhrəsini verib".

Kənd təsərrüfatı sahəsində ekspert Kənd Təsərrüfatı Nazirliyinin saytında proqramla tanış olub və onu tənqid edib. Bundan sonra Kənd Təsərrüfatı Nazirliyi proqramı saytdan çıxarıb.

  

Sonra kütləvi informasiya vasitələrində Məhərrəmova və Turan agentliyinə qarşı sifarişli qarayaxma kampaniyası başlayıb. Belə ki, martın 11-də AzPolitika.info, musavat.com, cia.az, bia.az saytlarında Mürvət Həsənlinin imzası ilə sifarişli məqalə yayılıb, orada iddia edilib ki, belə dövlət proqramı, ümumiyyətlə, yoxdur. Məhərrəmov və Turan agentliyi yalan və digər günahlarda ittiham olunublar.

Kənd Təsərrüfatı Nazirliyinin 28 aprel tarixli cavabında deyilir: “Sizin Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız sorğunuza aidiyyəti üzrə baxılıb. Bildiririk ki, “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadəsinə dair Dövlət Proqramı”nın layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb, nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri, fermer və sahibkarların iştirakı ilə ictimai müzakirəsi keçirilib. Müzakirələrdə səsləndirilən təkliflər layihədə nəzərə alınıb.

Hazırlanmış sənəd layihəsinin müvafiq müddəaları "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin davamı olaraq aqrar sahənin inkişafı üzrə qəbul olunacaq müvafiq siyasət sənədinə inteqrasiya ediləcək.

Lakin Kənd Təsərrüfatı Nazirliyi proqramın saytdan niyə yoxa çıxması və Vahid Məhərrəmovun iradlarının (bildiyimiz qədərilə Kənd Təsərrüfatı Nazirliyinin məmurları onları lupa altında öyrənirlər) nəzərə alınıb-alınmaması ilə bağlı suala cavab verməyib. Və nə üçün Kənd Təsərrüfatı Nazirliyi Mürvət Həsənlinin imzası ilə yazılmış belə bir proqramın olmaması barədə sifarişli məqaləni təkzib etməyib? Bəlkə Kənd Təsərrüfatı Nazirliyində AzPolitika.info,   musavat.com,  cia.az,  bia.az saytları ilə tanış deyillər?(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam