Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Kənd Təsərrüfatı Nazirliyi -Prezidentin fərmanının icrasına başladı

Kənd Təsərrüfatı Nazirliyi Prezidentin fərmanının icrasına başladı

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçəcəklər.

Yenixeber.org: Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, fermerdən tədarük edilən məhsulları saxlamaq üçün istifadə edilən soyuducu anbarlar, taxıl elevatorları və istixanalar onlar üçün EKTİS-də müəyyən edilən hesabat formalarna uyğun olaraq informasiyanı mütəmadi sistemə daxil edəcəklər.

Pandemiya səbəbindən yaranmış şəraitdə iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə dövlət qurumlarının mütəmadi məlumatlandırılması məqsədilə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya bütün aidiyyəti qurumların çıxışının təmin olunması aktualdır.

Bununla əlaqədar,

  1. ölkədə ərzaq ehtiyatlarının idarə edilməsi və bu sahədə yarana biləcək risklərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi,
  2. ölkədə mövcud soyuducu anbarlar, istixanalar və taxıl elevatorlarından istifadə səviyyəsinin qiymətləndirilməsi,
  3. bu sahədə təhlillərin aparılması,
  4. dəstək tədbirlərinə ehtiyacın müəyyən edilməsi

məqsədilə soyuducu anbarların, istixanaların və taxıl elevatorlarının EKTİS-də reyestrinin yaradılması və bu sistem vasitəsilə mütəmadi (aylıq) hesabatlılığının həyata keçirilməsi təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən ölkədə kənd təsərrüfatı sahəsində dövlət dəstəyinin elektron qaydada göstərilməsi üçün EKTİS-in imkanlarından istifadə edilməklə ölkədə fəaliyyət göstərən fermerlərin, tədarükçülərin, baytarların, süni mayalanma mütəxəssislərinin və digər kənd təsərrüfatı subyektlərinin xidmət göstərməsi və ya xidmət alması təmin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam