Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ukraynada Akademik Zərifə Əliyevanın adı ilə bağlı təxribat — Azərbaycan Səfirliyi nə ilə məşğuldur?-(FOTOLAR)

 

Ukraynanın İrpen şəhərində Akademik Zərifə Əliyevanın adını daşıyan küçə və istirahət parkı ilə bağlı təxribata yol verilib. 

Yenixeber.org: Bu barədə redaksiyamıza İrpen şəhərində yaşayan soydaşlarımızdan məlum daxil olub. 

Məlumata görə, son vaxtlar Akademik Zərifə Əliyevanın adını daşıyan küçə və istirahət parkının adı naviqasiya proqamlarında "Зои Алиевой" kimi dəyişdirilib. Halbuki, əvvəllər bu küçə və ünvanın adı GPS sistemində də "Akademik Zərifə Əliyeva" adlanırdı.

Soydaşlarımız deyir ki, Akademik Zərifə Əliyevanın adını daşıyan küçə və parkla bağlı yaranmış problemin kökü İrpen şəhər meriyası və ya Kiyev Dövlət Administrasiyasından qaynaqlansa da, ancaq Azərbaycan Səfirliyi də məsələyə biganə yanaşır. 



İrpen şəhərinin Stoyanka qəsəbəsinin azərbaycanlı sakinləri dəfələrlə Azərbaycanın Ukraynadakı Səfirliyinə telefonla zəng edib məlumat versələr də, ancaq səfirlik onların müraciətini araşdırmır.

Soydaşlarımızın sözlərinə görə, məsələnin araşdırılması və mövcud təxribatın aradan qaldırılması üçün Azərbaycanın Ukraynadakı Səfirliyi hələ də fəaliyyətə keçməyib. 



İrpen şəhərində Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın adının əbədiləşdirilməsinə qarşı çıxanlar kimlərdir?

Sanki insanların şüuruna "Зои Алиевой" adı məqsədli şəkildə yerdilir ki, Akademik Zərifə Əliyevanın adı unudulsun. Hətta, İrpendən Kiyevə gedən avtomobil yolunun kənarlarına "Akademik Zərifə Əliyeva küçəsi" yazısı əvəzinə, "Зои Алиевой" yazılmış lövhələr qoyulub.  



Əgər Azərbaycan Səfirliyi məsələyə susqunluğunu belə davam etdirsə, o zaman aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü onun adını daşıyan ünvanda deyil, indi adı "Зои Алиевой" kimi keçən yerdə qeyd olunacaq.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı Səfirliyinə informasiya sorğusu göndərsək də, hələlik cavabladırılmayıb.(demokrat.az) 
Zaur Hacılı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam