Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edildi -Nərimanovda (FOTOLAR)

Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edildi -

 

 

       Bu gün Bakı Sağlamlıq Mərkəzində Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının birgə təşkilatçılığı ilə  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

           Yenixeber.org: Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Zərifə xanım Əliyevanın həmkarı oftalmoloq Nübar Həşimova, BSM-nin əməkdaşı, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edildi -         

Çıxış edənlər Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan, səhiyyədə öz dəst-xətti olan novator bir alim, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyən, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsində və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işində də xüsusi xidməti olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat vermişlər.

         Tədbirin gedişatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Yekunda 35 saylı musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi parçaları ifa olunmuşdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam