Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu qətliamdan 33 il ötür

İraq lideri Səddam Hüseynin əmrilə bu ölkənin şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı həyata keçirilmiş kimyəvi silah hücumundan 33 il ötür.

Yenixeber.org: 1988-ci il 16-17 mart tarixlərində İraq əsgərləri Hələbcə şəhərində minlərlə mülki şəxsi kimyəvi silahdan istifadə edərək öldürdüyü bildirilir.

İddiaya görə, Səddam Hüseyn və əmisi oğlu "Kimyəvi Əli" ləqəbli Əli Həsən əl-Məqid İran əsgərlərini sevinclə qarşılayan kürdlərə dərs vermək üçün müxtəlif kimyəvi silahlardan istifadə ediblər...

Bu hücum nəticəsində ölənlərin sayı hələ də dəqiq müəyyənləşməyib. Müxtəlif  mənbələrdə ölənlərin sayının bir neçə yüz nəfərdən 7 minədək olduğu bildirilir.

Daha çox isə 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir.

Qeyd edək ki, 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam