Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şiddətli döyüşlər gedir —Çox sayda kənd azad edildi, dəhşətli fakt üzə çıxdı

 

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar PKK/YPG/PYD terror təşkilatının planlaşdırdığı dəhşətli faktın üstünü açıb.

 


Yenixeber.org: Nazir bildirib ki, terror təşkilatı kimyəvi silahdan istifadə etməyə hazırlaşır. 


Məqsəd isə günahı Türkiyənin üzərinə atmaqdır: 


"PKK/YPG/PYD terror təşkilatı bizi istifadə etdiyimizi dünyaya bəyan etmək məqsədilə Suriyada kimyəvi silah partlatmaq istəyir. Məqsəd Türkiyənin kimyəvi silahdan istifadə etdiyi üçün dünya tərəfindən qınamasıdır. Hər kəs bilir ki, bizim kimyəvi silahımız yoxdur. Beləlikə terrorçuların daha bir yalanını üzə çıxarmış olduq".


Bu gün ərzində xeyli sayda kəndin terrordan təmizləndiyi açıqlanıb. F-16-lar Təl Abyad və Rəsulayn şəhərlərində terrorçuların mövqelərini bombalayaraq yox ediblər.


Şəhər mərkəzi terror təşkilatından təmizlənən Rəsulaynın sənaye zonası hesab olunan bölgəsində döyüşlər şiddətlənib. PKK/YPG-nin ciddi silah-sursat ehtiyatı olduğu bölgəyə sızan Suriya Milli Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir.


Terrorçulardan təmizlənən Tel Abyad və ətraf ərazilərdə çox sayda silah-sursat ələ keçirilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam