Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

“Artıq Türkiyə ilə ticarət əlaqələrimiz var, Azərbaycanla isə...”-Erməni deputat

 "Ermənistanla Türkiyə, eləcə də Azərbaycan arasında qarşılıqlı ticarət münasibətlərinin təmin edilməsi imkanlarının yaradılması dəfələrlə müxtəlif manipulyasiyalara məruz qalıb”.
 Yenixeber.org: Sfera.az xəbər verir ki, bunu fevralın 12-də keçirilən ənənəvi brifinqlər zamanı Ermənistanın hakim "Mənim addımım" blokundan olan deputatı Hayk Gevorgyan "vəziyyət bu cür inkişaf edərsə, nə kimi risklər yarana bilər? sualını cavablandırarkən söyləyib.
 
Deputatın sözlərinə görə, Ermənistanla Türkiyə arasında artıq qarşılıqlı ticarət mübadiləsi baş verir.
"Türkiyə ilə diplomatik münasibətlərimizin olub olmamasından, bu ölkəyə necə yanaşmağımızdan asılı olmayaraq, hazırda ölkələrimiz arasında ticarət əlaqələri mövcuddur”,- deyə Gevorkyan bildirib.
 
Sərhədlərin rəsmi olaraq açılacağı təqdirdə vəziyyətin necə olacağına münasibət bildirən deputat qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduğundan ölkə sərhədlərinin həm də Avrasiya İqtisadi Birliyinin sərhədləri olduğunu unutmaq olmaz. Buna görə də Ermənistan sərhədlərini keçən Türkiyə malları Avrasiya İqtisadi Birliyinin maneələri və gömrük məhdudiyyətləri ilə qarşılaşacaq.
"Mənim addımım” blokundan olan digər deputat Sisak Qabrielyan isə öz növbəsində bildirib ki, hazırda Ermənistan, Rusiya və Azərbaycan arasında aparılan danışıqlarda Ermənistanın nə Türkiyə, nə də Azərbaycanla ticarət əlaqələrinin qurulması məsələsi müzakirə edilmir.(sfera)
Mənbə: News.am
Tərcümə: Selcan

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam