Türkiyə İranla əlaqələri genişləndirəcək

Türkiyə ilə İran arasındakı ticarət əlaqələrini genişləndirəcəyik və bunun üçün heç bir məhdudiyyət yoxdur.

Yenixeber.org: Bu sözləri İran Sənaye Mədən və Ticarət naziri Rza Rəhmani bildirib.

Rəhmani İranın hər zaman qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə yaxşı əlaqələrə sahib olmağı arzuladığını vurğulayıb:

"Türkiyə ilə ticarət, mədən, sənaye və digər bütün sahələrdə əlaqələrimizi inkişaf etdirmək istəyirik".