Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan-Çin iqtisadi əməkdaşlığı -genişləndirilir

İyulun 29-da Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin və Çin Kommersiya Nazirliyinin İnvestisiya Təşviqi Agentliyinin (CIPA) birgə təşkilatçılığı ilə onlayn formatında Azərbaycan-Çin biznes forumu keçirilib.

Yenixeber.org: İqtisadiyyat Nazirliyindən xəbər verilir ki,  Forumda Azərbaycan və Çin rəsmiləri ilə yanaşı, turizm, nəqliyyat, ticarət və s. sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı işitirak edib.

İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan-Çin əlaqələrinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlər və aparılan danışıqların ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Nazir müavini qeyd edib ki, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir. Diqqətə çatdırılıb ki, iki ölkə arasında ticarət, investisiya, nəqliyyat-tranzit, İKT, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

Çin Kommersiya Nazirliyinin Avrasiya İdarəsinin rəisi, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Van Kaixuan iqtisadi əlaqələr barədə məlumat verib, ticarət, logistika-nəqliyyat, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə təkliflərini bildirib.

Forumda İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Azərbaycanın ixrac, investisiya potensialı, nəqliyyat və turizm imkanlarından bəhs edib, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

Forumda iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam