Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xankəndinə daha 470 erməni gətirildi - 42 min oldular

 



 Rusiya sülhməramlıları Ermənistandan Qarabağa köçən qaçqınların növbəti kolonunu müşayiət edib.

Yenixeber.org: Bununla bağlı erməni mətbuatı xəbər yayıb. Bildirilir ki, dekabrın 19-da İrəvandan Xankəndinə daha 470 nəfər yola salınıb. Erməniləri daşıyan avtobuslar rusiyalı sülhməramlı kontingentinin patrul xidmətinin və hərbi polisin müşayiəti ilə daşınıb.

Ermənistan mətbuatı yazır ki, üçtərəfli razılaşmanın imzalanmasından bu günə qədər Qarabağa 42 min nəfər qaçqın qayıdıb.

Ancaq sülhməramlıların dəstəyi ilə Qarabağa gətirilənlərin doğrudan da Xankəndi sakinləri olub-olmadığı bəlli deyil, buna əmin olmaq üçün Azərbaycanın müvafiq qurumlarının araşdırma aparması lazım gələcək.

Xatırladaq ki, ölkəmizin rəhbəri Dağlıq Qarabağda 60-65 min nəfər civarında erməninin yaşadığını bildirib. Bu günədək 40 mindən çox erməninin təkcə Xankəndinə daşınması əsaslı şübhələr yaradır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam