Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Rusiya və Türkiyə Qarabağla bağlı anlaşdı

 

Atəşkəsə ortaq nəzarət mərkəzi qısa müddətdə fəaliyyətə başlayacaq, amma türk əsgərlərinin təmas xəttində olub-olmayacağı hələ məlum deyil

Yenixeber.org: Türkiyə və Rusiya Azərbaycan və Ermənistan arasındakı atəşkəsə nəzarət və müşahidə üzrə razılaşma imzalayıblar. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyə-Rusiya ortaq mərkəzinin qurulması və vəzifəsinin əsasları ilə bağlı texniki detalların müəyyənləşdirilməsi üzrə danışıqlar tamamlanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər aparılır.

Ortaq mərkəzin qurulması noyabrın 10-da imzalanmış Azərbaycan-Ermənistan-Rusiya Bəyanatında yer alıb. Mərkəz Azərbaycanın nəzarətində olan ərazilərdə qurulacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhz Azərbaycan hökumətinin müəyyənləşdirdiyi ərazilərdə müşahidə və nəzarət fəaliyyəti həyata keçirəcəklərini bildirmişdi.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans vasitəsilə ilkin anlaşma imzalanmışdı. Amma noyabrın 12-14-də anlaşmanın detalları ilə bağlı Ankarada aparılan müzakirələr nəticəsiz başa çatdı. Tərəflər Moskvada əlavə danışıqların aparılacağı barədə məlumat yaymaqla kifayətləndilər. Rusiya və Türkiyənin niyə ortaq məxrəcə gələ bilməmələrinin səbəbi qaranlıq qaldı.

Ötən həftə “Reuters” agentliyi mötəbər mənbələrə istinadən xəbər yaydı ki, Moskva Ankaranın Azərbaycan ərazisində müstəqil hərbi müşahidə postları qurmaq niyyəti ilə razılaşmayıb. “Azərbaycanın müttəfiqi Türkiyə müştərək mərkəzdən başqa, həm də ayrıca olaraq özünün müşahidə postlarının qurulmasında israr edir. Rusiya Türkiyənin regionda müştərək mərkəzdən kənar müşahidə postları qurmasına lüzum görmür, amma Türkiyə bunun zəruri olduğunda israrlıdır”, – deyə məlumatda qeyd olunub.

Müharibə dövründə və ondan sonrakı proseslərdən kənarda qalan Qərb də atəşkəsə nəzarətin həyata keçirilməsində iştirak etmək istəyir. Fransa ötən həftə bildirmişdi ki, Paris atəşkəsin icrasına beynəlxalq nəzarətin yaradılmasına çalışır. Fransa hökuməti Ankara və Moskva arasındakı razılaşmanın Qərb ölkələrini bu prosesdən kənarda qoymasından narahatlıq ifadə edib.

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 1-2 dekabr tarixlərində Şimali Atlantika Şurasının iclasında Rusiyanın regionda mövqelərinin güclənməsini müzakirə edəcəklər. Qurumun baş katibi Yens Stoltenberq bildirib ki, nazirlər Rusiyanın hərbi aktivliyinin genişlənməsinə cavab olaraq nə etmək lazım olduğunu müzakirəyə çıxaracaq. “Rusiya öz nüvə arsenalını modernləşdirir və yeni raketlər hazırlayır, Liviya və Suriyaya yeni qüvvələr yerləşdirir. Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını görürük”, – deyə Stoltenberq qeyd edib.

Qərbin prosesdə rolunun nədən ibarət olacağı məlum deyil. Rusiya-Türkiyə razılaşması artıq imzalanıb və yaxın günlərdə onun icrası həyata keçiriləcək. Bu məqsədlə Türkiyədən Azərbaycana hərbi kontingent gələcək. Türkiyə Müdafiə Nazirliyi ötən həftə bəyan etmişdi ki, Azərbaycana göndəriləcək heyət və hərbi ləvazimatlar artıq müəyyənləşdirilib. Dekabrın 1-də Laçının Azərbaycana təhvil verilməsindən və Moskva-Ankara razılaşmasının əldə olunmasından sonra Mərkəzin fəaliyyətə başlamasına maneə qalmır.

Qərbin mövqeyinə gəlincə, bir sıra mühüm məsələlərdə (Suriya, Qarabağ) Türkiyə və Rusiyanın razılaşmalar əldə etməsi əlbəttə, onları məmnun etmir. Amma prosesə necə müdaxilə edə biləcəkləri mürəkkəb məsələdir. Çünki buna münaqişə tərəflərinin və Moskva ilə Ankaranın razılıq verməsi mühüm şərtdir. İndiki reallıqlarda isə adıçəkilən ölkələr Qərbi regiona dəvət etməkdə maraqlı deyil. Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciətində bəyan etdi ki, noyabrın 10-da imzalanmış Bəyanata kimsə müdaxilə etmək istəsə, sərt mövqe ilə üzləşəcək:

“Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıb. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və edilməlidir”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam