Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

QURBAN MƏMMƏDOVA MƏXSUS BİNA SÖKÜLÜR - Evləri, obyektləri boşaldılır +FOTOLAR

 

 Bakının Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4-6 ünvanında yerləşən qeyri-qanuni beşmərtəbəli tikili sökülür.

Yenixeber.org: Tikilidə olan əşyalar çıxarıb məhəllədəki sığınacağa yerləşdirilib.

Tikintinin iki mərtəbəsi obyekt kimi, üç mərtəbə isə yaşayış evi kimi istifadə edilib.

Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən rayon İcra Hakimiyyətinin işçisi Nurlan Həsənov bildirib ki, tikili tam söküləcək.

Obyektin 1-ci mərtəbəsində yerləşən “Wellmax” şirkətinə məxsus avadanlıqlar və digər mərtəbələrdəki əşyalar da çıxarılıb.

Ərazidə təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, beşmərtəbəli tikili hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədova məxsusdur.

Mətbuatda yer alan məlumatlara görə, sözügedən bina Q.Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığı ilə verilib.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam