Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

BAŞINI DİK TUT, VƏTƏN

 

 

 İSMAYIL  MƏRCANLI  İMANZADƏ-Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Rayonun işğalından sonra müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. “Səni soraqlaram” adlı ilk şeirlər kitabı 1980-ci ildə “Gənclik” nəşriyyatında çap olunub. Qırxa yaxın şeirinə mahnı yazılıb. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün nəşr olunan müntəxəbatda yer alıb. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədridir.

Şairin redaksiyamıza daxil olmuş şeirlərindən üçünü təqdim edirik:

 

 BAŞINI DİK TUT, VƏTƏN

 

Dikəlt ucа qəddini,

Bаşını dik tut, Vətən!

Bu ələmi, bu dərdi

Demərəm unut, Vətən!

Bilirəm, zаmаn-zаmаn

Ürəyində sızlаyаn

Yаrаlаrın dərindi.

Аzаdlıq аmаlınа,

Sığındıqcа dil аçаn,

“Şəhidlər Хiyаbаnı”

Qibləndi-аnd yеrindi!

Sil gözünün yаşını,

Dikəlt qəddini yenə!

Аl çiçəklər bəzəsin,

Hər аn rəddini yenə!

Bаşını dik tutmаğа,

Hаqqın vаr sənin, Vətən!

Bu qeyrət savaşında,

Bu millət savaşında,

Şəhid  ucаlığınа

Qоy, dönsün qəmin,

Vətən!

Al günəşli sabahlar

Olsun həmdəmin,

Vətən!!!

 

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ÖMÜRDÜ DƏƏ… YAŞAYIRAM

 

Əzəlindən, axırından halıyam,

İç üzündən, paxırından halıyam.

Gəlirindən, çıxarından halıyam -

Tərifləyib, satası ki deyiləm!

 

Ürəyimə yol tapmayıb hər dinən,

Nə sirrimi var  bölüşmüşəm mərdinən.

Doğulandan qol-boyunam dərdinən -                                                                   

Bəxtin əlvan butası ki deyiləm!

 

Gedən getdi… vay halına qalanın,

Tamah dişi çox itidir talanın…

Dili pəltək, gözü qıpıq yalanın -

Kölgəsində yatası ki deyiləm!

 

Gizli-aşkar ötən anlar çox yeyin,

Ümu-küsü  uşaq kimi ərköyün.

Boz sifətli məzəmmətin, gileyin -

Zülmətində batası ki deyiləm!

 

Boş xülyalar solğun üzlü saçaqmış,

Xatirələr tüstülənən ocaqmış.

Yamanlığın bir ayağı qaçaqmış -

Ha qovsam da, tutası ki deyiləm!

 

Mənimkidir yaxşısı da, pisi də

Canımdadır tüstüsü də, hisi də.

Çox şirindir avandı da, tərsi də -

Bəxtin səhvi, xətası ki deyiləm!..

 

Nə nisgilin köləsiyəm, nə ahın

Ətəyindən tutmamışam günahın.

Şairliyim töhfəsidir Allahın -

Sözə haram qatası ki deyiləm!

                      

Tanıyıram, həm sevincdir, həm qəhər,

Həyat ona gah bal qatıb, gah zəhər.

Ömürdü dəə, yaşayıram birtəhər -

Tapdalayıb atası ki, deyiləm!

                                         09.06.2020

 

 

    SANMAYIN YETƏN ÖLƏCƏK       

 

Artıb-çoxaldıqca qiymət-qədir

Biləcəyik sevgi nədir.

Torpaq bir dolu təknədir,

Nə sünbül, nə dən öləcək.

 

Haqqın qatlanmaz dizi var,

Hər gecənin gündüzü var.

Taleyin min bir üzü var,

Kim bilir nədən öləcək?

 

Tanrının qadir əlləri

Qoruyacaq yenə yeri.

Ruhumuz qalacaq diri,

Ölsə də bədən öləcək.

 

Dərd nə bir, nə də ikidir,

Həya hər şeyin ilkidir.

Ölüm haqqı bizimkidir,

Əcəli yetən öləcək...

                    04.04.2020


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam