VƏTƏN QIZI
Bəyim! Sürdüyünüz avtomobillə (253) təhlükəsizliyə ehtiyatla yanaşdığınızdan məni qəfil təsadüfi təkrar ağır xəsarətdən qurtara bildiyinizə görə Sizə həyatınızın xoş keçməsinə dayaq olan möhkəm can sağlığı arzu edirəm.
Yaşamaq şirindir ömür vəfasız,
Ömürünə qarantı al Vətən qızı.
Zaminsiz yaşarmı? Ömür cəfasız,
Xilqətə zinətsən sən Vətən qızı.
Əzrayıl şərindən qurtardın məni,
Ölümün əlindən tez aldın məni,
Dəhşətli zülmətdən ayırdın məni,
Ömrümü uzatdın sən Vətən qızı.
Həyatın xoş günü diləklərdədir,
Yaşamın ilhamı bəbəklərdədir,
İnsanın rəğbəti gülüşlərdədir,
Zamanın gülüsən gül Vətən qızı.
Uğurla baxıram narahat yola,
Əl elə təmkinlə bir də bax sola,
Əbədi kim var ki, bəxtiyar ola,
Bu günə min şükür var Vətən qızı.
Xilqətdə zənginsən irşadda düzgün,
Kamalda dərinsən fəhmində üstün,
Sağlıqda qoyular sənin də büstün,
Tomrisin nəslisən mərd Vətən qızı.
Peykimiz asılıb Yer fazasında,
PUA-lar yaradır texnıkamız da,
Kosmonavt olarlar qızlarımız da,
Vaxt gələr görərik şən Vətən qızı.
Gərəkdi Marsaxod alıb sürəsən,
Məqsədli uçasan Marsa enəsən,
“Azərli” sözünü yazıb gələsən,
Səyinə sevinər el Vətən qızı.
Cahanda tanınır iqtidarımız,
Düşmənə rəqibdir ordugahımız,
Həllinə yaxındır Qarabağımız,
Ürəyə düşməsin xal Vətən qızı.
Huri mələksən gözəl bəyimsən,
Düşüncə tərzisən mərhəmətlisən,
Əməli salehsən gendən gələnsən,
Yaddaşda qalansan ləl Vətən qızı.
Kicik arayış-lüğətdə irşad: doğru yol göstərmə; Xilqət:mentalitet, xalqın ruhunun və vərdişlərinin təzahürü;Tomris: 2520 il bundan əvvəl ulu anamız Tomris böyük dövlətləri özündə birləşdirən Əhəməni İran imperatorluğunu bir zərbə ilə ram edən (Oktay Altunbay);PUA: müasir dövrdə pilotsuz uçan hərbi təyyarə; Gen:irsiyyət vahidi, geneologiya,geneloji; Ləl: yaqut cinsindən al rəngli qiymətli daş kimi izah olunur.
Quliyev Elxan Sarı o. 05.06.2018-ci il
Yaşamaq şirindir ömür vəfasız,
Ömürünə qarantı al Vətən qızı.
Zaminsiz yaşarmı? Ömür cəfasız,
Xilqətə zinətsən sən Vətən qızı.
Əzrayıl şərindən qurtardın məni,
Ölümün əlindən tez aldın məni,
Dəhşətli zülmətdən ayırdın məni,
Ömrümü uzatdın sən Vətən qızı.
Həyatın xoş günü diləklərdədir,
Yaşamın ilhamı bəbəklərdədir,
İnsanın rəğbəti gülüşlərdədir,
Zamanın gülüsən gül Vətən qızı.
Uğurla baxıram narahat yola,
Əl elə təmkinlə bir də bax sola,
Əbədi kim var ki, bəxtiyar ola,
Bu günə min şükür var Vətən qızı.
Xilqətdə zənginsən irşadda düzgün,
Kamalda dərinsən fəhmində üstün,
Sağlıqda qoyular sənin də büstün,
Tomrisin nəslisən mərd Vətən qızı.
Peykimiz asılıb Yer fazasında,
PUA-lar yaradır texnıkamız da,
Kosmonavt olarlar qızlarımız da,
Vaxt gələr görərik şən Vətən qızı.
Gərəkdi Marsaxod alıb sürəsən,
Məqsədli uçasan Marsa enəsən,
“Azərli” sözünü yazıb gələsən,
Səyinə sevinər el Vətən qızı.
Cahanda tanınır iqtidarımız,
Düşmənə rəqibdir ordugahımız,
Həllinə yaxındır Qarabağımız,
Ürəyə düşməsin xal Vətən qızı.
Huri mələksən gözəl bəyimsən,
Düşüncə tərzisən mərhəmətlisən,
Əməli salehsən gendən gələnsən,
Yaddaşda qalansan ləl Vətən qızı.
Kicik arayış-lüğətdə irşad: doğru yol göstərmə; Xilqət:mentalitet, xalqın ruhunun və vərdişlərinin təzahürü;Tomris: 2520 il bundan əvvəl ulu anamız Tomris böyük dövlətləri özündə birləşdirən Əhəməni İran imperatorluğunu bir zərbə ilə ram edən (Oktay Altunbay);PUA: müasir dövrdə pilotsuz uçan hərbi təyyarə; Gen:irsiyyət vahidi, geneologiya,geneloji; Ləl: yaqut cinsindən al rəngli qiymətli daş kimi izah olunur.
Quliyev Elxan Sarı o. 05.06.2018-ci il