Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Sığının rəhminə O, tək Allahın" - Təranə Şəms 

Sığının rəhminə O, tək Allahın

Allahı, anırsız dara düşəndə,

Qəlbinə sızlayan yara düşəndə,

Könlünə ləkələr, qara düşəndə,

İstəyin nə imiş, nə istəyirsən?...

 

Var –dövlət cibinə axıb gələndə,

Korluğu gözünə taxıb gələndə,

Arxana baxmadan baxıb gələndə,

İstəyin nə imiş, nə istəyirsən?...

 

Ayağın büdrəyib yıxılanda sən,

Başının üstünü bürüyəndə çən,

Bağlansa əl-qolun Allah deyirsən,

İstəyin nə imiş, nə istəyirsən?...

 

Daş düşüb başına şükr etmisən?

Namazda adını zikr etmisən?

İmtahan verəcən fikir etmisən?

İmanın budursa, nə istəyirsən?...

 

Xod gedəndə işiniz yada düşməyir,

Nə fitrə, nə zəkat, pul ki, sənindir.

Malından, mülkündən, bada düşməyir,

İmanın budursa nə istəyirsən?..

 

Deyirəm, eşidin sözüm hər kəsə,

Cahillər, nadanlar, eşidin bilin!...

Münafiq olmayın kibiri silin,

Sığının rəhminə o tək Allahın,

Sığının rəhminə o tək Allahın!!!...

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam