Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

İSLAMDA TİCARƏT FƏALİYYƏTİ


       Xeberinfo.com:    İslamda Qurani Kərim və Peyğəmbər (ə.s.) surə ayələri və hədislər vasitəsi ilə müsəlmanları təkidlə ticarət fəaliyyəti ilə məşğul olmağa çağırır.Bu məqsədlə səfər və səyahətlər etməyi tövsiyyə edir. Bununla da,"Allahın mərhəmətini axtarmağa" dəvət edir. Böyük Yaradan səyahət edən tacirləri döyüş meydanında savaşanlarla müqayisə edir: " Bəziləri Allahın kərəmindən ruzi axtarmaq üçün ( ticarət məqsədi ilə ) yer üzünü gəzib dolaşacaq,digərləri isə Allah yolunda vuruşacaqlar." ( Quran, 73 : 20 ).
        Allah Quranda insanları daxili və xarici ticarətə təşviq edərkən, onlara dəniz yollarından istifadə etməyi məsləhət görür :" Allahın lütfündən və nemətindən ruzi axtarmağınız ( ticarət etməyiniz ) üçün gəmilərin də orada suyu yara-yara üzdüyünü görürsən " ( Quran, 35 : 12 )
       Daha sonra : " ...içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində Allahın hikmət və qüdrətinə dəlalət edən əlamətlər vardır " ( Quran, 2 : 164 ).
       İslamın meydana gəldiyi ilk dövrdən indiyə kimi tacirlər həcc ziyarəti zamanı ticarət etməyin onların ziyarətinin səmimiliyinə və dualarının təmizliyinə xətər gətirəcəyinə şübhə edir,qorxurdular, zəmanəmizdə də belə fikirlər özünə yer alır. Bu barədə Müqəddəs kitabda deyilir :" Həcc mövsümündə rəbbinizdən ticarətlə ruzi diləməniz sizin üçün günah deyildir" ( Quran, 2 : 198 ).
       Lakin bu zaman böyük Allahı unutmamalı, Onun ehkamlarını yerinə yetirmək vacibdir : " O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı
zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz " ( Quran, ( 24 : 37 ).
       Peyğəmbər ( ə.s.) tacirlər barədə hədislərdə deyir : " Vicdanlı, doğru, düz və etibar qazanmış tacirlər Qiyamət günündə Allah yolunda canını vermiş şəhidlərlə bir yerdə olacaqlar : onlar peyğəmbərlərlə, müqəddəs şəxslərlə birgə olacaqlar " ( əl - Buxari ).
       Hüseyn Hüseynov,
            Şərqşünas.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam