Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

MƏLƏYİN ƏZABI

 

"Xeberinfo.com":  Bir oğlumdan iki nəvə, digər oğlumdan bir nəvə sahibi olan mən Baba sözümü   gələcəkdə ailə quracaq,  yaxud yenicə ailə qurmuş gənc qızlara demək istəyirəm. Nə qədər ki, subaysınız  bilin ki, özünüz üçün yaşayırsınız. Elə ki, ailə qurdunuz anlayın ki, düyaya gətirdiyiniz körpələr üçün yaşayırsınız. Bir də onu fikirləşin ki, ailənizə minimum üç körpə gətirməlisiniz. Mərhum Anam Sara biz övladlarına: “Saxlaya və yetirə biləcəksinizsə on uşaq da azdır. Əgər saxlaya bilməyəcəksinizsə heç biri də lazım deyil”-.deyirdi. Mən Anamın biz övladlara dediklərini həmişə anlamışam. Neçəki körpələr 15 yaşına çatmamışdır Qaynata və Qaynanadan ayrılmayın. Baba və Nənə son gününə qədər Sizin  ailənizin və körpələrinizin maddi və mənəvi dayağı olacaq. “Bir uşaq bəsdir, mənim qızıma ayrıca mənzil alın, onu işə düzəldin,”- deyən Ananızın sözləninə əhəmiyyət verməyin. Əgər dediklərimə əməl etməsəniz ailəniz dağılmaq təhlükəsi ilə üzləşə bilər.    

17.   MƏLƏYİN  ƏZABI

Birici hissə

Mustafa axtardı bir bacı-yoldaş,

Tanrısı yetirdi qaragöz qardaş,

Təkliyi bitirdi verildi  sirdaş,

Ətrafı sevindi,  qüdrət saydılar.

 

Mikayıl körpədir yeriyə bilmir,

Mustafa dərsdədir gözümə dəymir,

Atam da sərhəngdir görüşə yetmir,

Sevimli cütlüyü sərvət saydılar.

 

Əmoğlu cütüynən xoşbəxt olsunlar,

Əl-ələ veribən həyat qursunlar,

Böyüyə rəftarnan  hörmət qoysunlar,

Sevdalı cütlüyü xoşbəxt saydılar.       

 

İkinci hissə

 

Qardaşsız həyatda kimə söykənim,

Bacısız təklikdə kimə küsənim,

Doğmasız evlikdə kimə güvənim,

Niyəki övladı qəmgin  qoydunuz?

Yoxsulmu doğuldu  uğurluğunuz?

 

Əmoğlu, dayoğlu yada boylanır,

Qolbağı olduğu qıza bağlanır,

Varlığı yandığı oda qalanır,

Təkliyi mənəmi vurğun saydınız?

Dəhşətdi, əzabdı uduzduğunuz.   

 

Ayrılıq yoluna önəm verərək,

Gözəllik yurduna ələm səpərək,

Xoşbəxtlik tapana sitəm edərək ,

Yaralı dərdləri  gizlin boğdunuz.

Kədərdi, möhnətdi yuğurduğunuz.

 

Şənliyim  yuxumda - evcik hörürdüm,

Qollarım boynunda Ata görürdüm,  

Varlığım qoynunda sevinc bölürdüm,

Xətalı həsrəti  mümkün saydınız.

Bircədi, Mələkdi qazandığınız.

 

Sizlər ki, mehriban canbiriydiniz,

Razı ki, yaşayan nikbiniydiniz,

Yaxşı ki, sayılan xoşbəxtiydiniz,

Xoş olan  rəftarı yetim qoydunuz,

Qüsuru  demədi soruşduğunuz.

 

Babanı ağlatdım  körpə yaşımda,

Nənəni kövrəltdim ahıl yaşında,

Əzabı hiss etdim yeddi yaşımda,

Qəlbimi əbədi küskün qoydunuz.

Bildizmi kimlərdi doydurduğunuz?

 

Təkliyin əzabı yenilməz həddir,

Həyatın əzabı keçilməz səddir,

Körpənin əzabı görünməz dərddir,

Niyəki, əzabı  qazandırdınız?

Yoloğlu olmadı durumluğunuz.

 

Tək sülhü yaradan dil var mələkdi,

Milləti tanıdan xoş bir diləkdir,

Cəm mülkü dağıdan dil var kələkdi,

Zərərli kəlməni dərman saydınız.

Tilsimdı, cəfəngdi uydurduğunuz.

 

Xəyanət səmtinə oğrun baxdınız,

Yetimlər dərdinə dərman tapdınız,

Ucuzlar evində  mehman qaldınız,  

Anamı əbədii susqun qoydunuz.

Əvəzmi olurdu qoşulduğunuz?

 

Başın uca olsun, hörmətin artıq,

Üzün bəyaz olsun, mürvətin artıq,

Varın saysız  olsun, hümmətin artıq,

Yetimli əntəri  süsən saydınız,

Şöhrətmi gətirdi məcnunluğunuz?

 

Bizi evdə qoyub  can üzə-üzə,

Qeyrəti  unudub  söz çözə-çözə,   

Yadları doydurub  var gəzə-gəzə

Dünyamı çökdürüb ağlar qoydunuz,

Bildizmi nədədi yoxsulluğunuz?  

 

Göz açdı, yol tutdu çətin dönəmdə,

Boy atdı, yurd qurdu çölün düzündə,

Nəvələr yetirdi özəl mənzildə,

Bibilər çəpləşdi irad tutdunuz,

Qurulu bir yurdu miskin  qoydunuz.

 

       

yanvar 2015-ci il 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam