KÖRPƏLƏRİ İNCİTMƏYİN
Xeberinfo.com: Yeddinci sənədli hekayə
Üçüncü nəvəm Mikayıl düyaya göz açmışdı. Nəvələri olan babalar yaxşı bilirlər ki, baba nəvəni dünyalar qədər sevir. Bir yaş on aylıq olan nəvəm Mikayıl yerimək yox, ancaq qaçmaq-yüyürmək bilir. İri otaqlardan birini onun üçün ayırsaq da bu ona bəs etmir,dörd otağın hamısını ayaqları altına alsa belə dinc durmurdu. Oyuncaqları bir tərəfə qoyub anası, nənəsi nəişgörsə mütləq həmin işlərə qarışırdır.Mən kompüterlə işləyəndə gəlib qucağımda əyləşir, yazdıqlarımı alt-üst edir və onu bu əməllərindən çəkindirəndə isə məni məcbur edirdi ki, pianonunqapağnı qaldırım ki, klavişlərlə oynayıb müsiqi “bəstə”ləsin.
Ağır əməliyyatdan sonra ancaq tək tay əsa ilə bir təhər gəzirdim. Həkimin göstərişı ilə evdə gəzinti ilə məşğul olur, yorulanda çarpayımda əyləşir,yaxud uzanırdım. Qəribəsi bu idi ki, həmin vaxtlarda Mikayıl mənə yaxın düşmürdü. Elə ki, kresloda əyləşib nahar edir, kitab oxuyurdum, sayt üçün material hazırlayırdım Mikayıl gəlib qucağımda əyləşir, ayaqlarını qaldırıb iş masamın üstünə qoyur, sonra da masa üstündəki əşyalara əl atırdı. Masa üstündə olan dəftərxana ləvazimatları ilə oynayır, rəngbərəng qələmlərdən birini seçib əlinə keçənkağız üzərində xətlər cəkirdi. Əlimi masa üstündəki qaynamış sərin su bankasının üstünə qoydurub qapağını açmağı tələb və sonra da məni həmin sudan stəkana tökməyə məcbur edirdi. Mən də bir xörək qaşığı həcmində sətəkana su tökürdüm. Mikayıl həmin sudan bir az içir , bir az da pampersinə axıdırdı. Buna da qane olmayıb əmziyini bankanın içinə tullayır, sonra da əlini bankanın içərisinə soxur, əmziyini oradan çıxardıb dodaqları arasına alırdı. Mən babası da susayanda həmin suyu içirdim. Danışmasa da deylənləri başa düşdüyündən tələb edirdim ki, daha bəsdir düşüb getsin. O, da tutduğu oyunlardan doyandan sonra sakitcə düşüb gedirdi.
Bəzən də belə olurdu ki, çay stəkanıma əl vurmasın deyə “cızza”, yəni istidir deyə onu qorxuzurdum ki, artıq hərəkətə yol verməsin. Mikayıl da çayın qaynar olub olmamağını yoxlamaq üçün çay qaşığını stəkanın içərisinə salır, sonra da əliylə çay qaşığının isti olmadığını yoxlayıb məni məcbur edir di ki, həmin çaydan ona verim. Bir kəlmə bu dilsiz körpəni ağlı kəsən dairədə aldatmaq olmurdu.
Anası evdə işlə məşğul olanda Mikayıl ona mane olmasın deyə reşotkalı beşiyinə qoyurdu. O, da beşikdən çıxmağın yolunu-baba,-deyib qışqıraraq haray həşir salmaqla tapırdı. Elə ki, mən babası onu beşikdən azad etməyəgəlirdim, Mikayıl sevinib gülür əl-qol atırdı.
Mənimlə iş masamın üstündə Mikayıl özünə lazım olan oyunlarını həyata keçirəndə -ananın yanına get, nənənin yanına get,- deyəndə başını bulayır, -atanın yanına get,- deyəndə isə susurdu. Əsalarım döşəmənin üstünə düşəndə gətirib mənə verir, gözlüyümü gözümə keçirdir, üç manatlıq papağımı da başıma qoyurdu. Deyə bildiyi “baba”və atası gəzməyə aparanda sevinib – “gedək”,-sözlərini deyirdi.Onun bir sevimli oyunu axşamlar atası işdən gələndə onun boynunu qucaqlayıb,divanda uzanıb dincini alan zaman sinəsi üstündə atılıb düşmək olurdu.
Vəziyyət elə gətirdi ki, Bakıdan uzaq bölgədə yaşayan bacımın kiçik oğlunun iyunun 26-da olacaq toy şənliyinə dəvət aldıq. Mən fiziki cəhətdən sağlam olmadığımdan toy şənliyinə Mikayılın atasanı yola salmalı oldum. İki gün Mikayıl atasını görə bilmədi. Bu iki gündə Mikayıl əllərini yuxarı qaldırıb boynuma sarılırdı.
Mən iş kreslosunda əyləşmədiyimdən o, da iş masamın üstünə çıxıb bildiyi oyunları həyata keçirə bilmirdi. Daha doğrusu evdə gəzişdiyimdən onun mənimlə oynamasına hələlik lazımlı an yetişmirdi. Başa düşmürdüm ki, nə üçün Mikayıl mənim boynumu qucaqlayır? Axı o,heç vaxt mənimlə belə davranmırdı-heç vaxt boynumu qucaqlamırdı.İyunun 27-də axşam saat 6-da Mikayılın atası evə çatdı və Mikayıl da atasının boynuna sarıldı. Nəhayət anladım ki, körpə bu iki gündə atasını axtarırmış.
Ağlamaq birdən məni tutdu, nə tutdu. Udquna-udquna göz yaşımı içdim və yavaş-yavaş toxdadım. Mələyin atası-kiçik oğlumdan əlimi üzməyib ümidimi Tanrıya bağladım.Bir yaş on aylıq dili söz tutmayan Mikayıl iki günlük ata ayrılığına dözməyib mən babasının boynunu qucaqlayırsa, yurdundan didərgin salınıbdili söz tutan yeddi yaşlı ikinci nəvəm-Mələk atasız necə dözür? Dözürmü?Mələyi və onun ata-anasını yurdundan didərgin salanyaramaz səlahiyyətlilərə nəinki çörək-su, udmağa belə hava heyifdir.Gərək bu kimilərin balaları, anaları, krışaları mələr qala ki, didərgin etməyin nəticəsini,didərginliyin dadını bilib onun nə olduğunu anlayalar. Çox təəssüf ki, bu kimi səlahiyyətlilər ölkənin iqtisadi strukturlarını elə qucublar ki, Allah belə onları çətin ki, həmin strukturlardan qoparda bilsin. Tarix isə hər kəsi öz haqqına çatdırmış və çatdıracaq da.
İyulun dördü idi. Kürlüyü ucbatından Mikayılı anası incitmişdi. Mən ayaqlarım döşəmədə yatağımda əyləşmişdim. Mikayıl həmişə olduğu kimi yuxudan gec oyanıb gecələr gec yatdığındanbu gecə də saat 22-də mənim otağıma gəlib başını dizimə dayadı. Onun başını sığallaıb oxşayır və şirin dillə qayğısına qalırdım. Sonra o, dırmaşıb yatağıma çıxdıvə başını qoluma-çiynimə söykədi. Bir azdan sürüşüb döşəməyə düşdü və yenidən yatağa çıxıb mənə söykəndi. Mən bir qədər arxaya əyiləndə isə o arxası üstə sinəmə sığınıb baba qucağında rahatlıq tapdı. Onun baba yanında və qucağında rahatlıq tapması düz 40 dəqiqə çəkdi. Körpənin bu hərəkətlərini ata-anası izləyirdi. Dedilər ki, biz Mikayılı incitməmişik. Onlara-Siz mənim nəvəmi incitməyin, gələcəkdə nəvənizi incidib icitməməyiniz öz işinizdir,- deyib fikrimı çatdırdım.
Gənc atalar-analar! Dili söz tutmayıb, ancaq qaçmağı bacarıb, evdə baş verən hər bir hadisəyə baş aparanvə istədiklərini qarşısındakına hərəkətləri ilə başa salmağa çalışan körpələri incitməyin.
Quliyev Elxan Sarı o.