Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Təranə Şəms:"“Karona yapışsın nəsil zatına

 

Baxıram qarşımda kağız və qələm,

Dolaşıb düşüncəm görən nə yazım?

Məscidlər azansız təklənib ələm,

Şikəstəm ağlayır çalmayır sazım.

 

Dolaşıb ruhuna insanlar bu gün.

Birinin dərdi çox digəri acdır,

Adamlar əsirdir olublar sürgün,

Mən-mənəm söyləyən”Karona”tacdır.

 

Deyirlər “evdə qal”çıxma heç yerə,

Qorunmaq istəsən maska taxginən.

Verilən qaydalar yellənir yelə,

Sözdə var deyirlər, izlə baxginən.

 

Tivilər maskadan yaman bəhs edir,

Təkidlə tapşırır spirtdə gəzdir.

Baxmışam aptekə maska zad yoxdur,

Deyirlər hər gün gəl qapını kəsdir.

 

Bəs belə olaya hansı ad verək?

“Evdə qal” deyirlər yemə içmə öl!...

Dərdimiz böyükdür kim baxacaq kim?!                         

Xarabdır halımız Əliyev sən gör!

 

Avropa örnəkdir örnək alın siz.

Təzminat ödəyir millətə xalqa,

Xalq ilə vəhdəti  unutmayın siz,

 “Karona”olmasın boğazda halqa.  

 

Ümidsiz olmayın ay elim mənim.

Ellə gələn bəla toy-bayram olar,

Yalvarıb Allaha nicat diləyin.

 O bəlkə quluna bir rəhman olar.

 

İslama yon alın dinə gəlin siz!

Ay məmur ay nazir bəsdir yediniz.

Səndən də bu bəla yan keçən deyil,

Bu yazıq milləti bəsdir əzdiniz.

 

Qurunun oduna yaşda yanır yaş,

Ay harın müftəxor gözünü aç bax.

Xilasın pul deyil sən baş işlət baş,

Bu bəla tutacaq istər hava ol, ax.

 

Yığdığın milyardlar haram malındı,

Yapışıb canına od kəsöv olsun.

Bu yazıq millətin keçib ahına,

Yapışsın“Karona” nəsil zatına.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam