Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bir ildə 5,4 milyonluq sifariş alan sirli “Avtoyoltikintiservis” kimindir?

Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər Nümayəndəliyi abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Yenixeber.org: Məlumata görə, tenderin qalibi “Avtoyoltikintiservis” MMC seçilib. Bərdə şəhərində abadlıq işlərinin həyata keçirilməsi üçün şirkətin qiymət təklifi 909 513,44 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Avtoyoltikintiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid internet portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, “Avtoyoltikintiservis” MMC cari ildə 11 tenderin qalibi seçilib.

Bu tenderlər Bərdə Rayon İcra Hakimiyyəti Başçının Bərdə Şəhər Nümayəndəliyi, Qubadlı Rayon İcra Hakimiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti, Ağdam Rayonu İcra Hakimiyyəti Başçısının Xındırıstan Ərazi Nümayəndəliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər Nümayəndəliyi, Laçın Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhər Nümayəndəliyi, Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə Nümayəndəliyi tərəfindən keçirilib.

Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 497 370,14 manatdır.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam