Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

“Rəmişə qızıl saat hədiyyə etdim, uşaq kimi sevindi” - Sənətkarın həyat yoldaşı

“Rəmişə qızıl saat hədiyyə etdim, uşaq kimi sevindi” - Sənətkarın həyat yoldaşı
Bu gün gitaraçı Rəmişin (Rafiq Hüseynov) doğum günüdür. Xalq artisti 75 yaşını qeyd edir.
Yenixeber.org: Sənətkarın həyat yoldaşı Güllü Hüseynova bildirib ki, yeni yaşı Rəmişə daha bir kövrəklik gətirib.

“Allah hər kəsə o yaşı qismət etsin. Ondan da yuxarı yaşları görsün. Hamının canı sağ olsun. Bu gün Rəmişin ad gününü təmtəraqlı şəkildə qeyd edəcəyik. Bizim əziz, qardaşdan artıq dostumuz var, başqa ölkədə yaşayır. O, burada Rəmişin ad gününü qeyd etmək üçün mərasim təşkil edir. Məclisimizə Rəmişin sənət yoldaşlarını, yaxınlarını dəvət etmişik".

G.Hüseynova həyat yoldaşına qızıl saat hədiyyə etdiyini deyib: "Rəmişə bu gün qızıl saat alıb hədiyyə etdim. Kövrək olub, hədiyyəsini görüb lap uşaq kimi kövrəldi, sevindi. Yaşı artıqca həssas olur. Millət vəkili Aqil Abbas televiziya vasitəsi ilə onu təbrik edib, ürək sözlərini deyib”.



Həyat yoldaşı Xalq artistinin səhhətindən söz açıb: “Bilirsiniz ki, Rəmiş ağ ciyərdə oksigen çatışmazlığından əziyyət çəkir. Prezident və xanımı Mehriban Əliyevaya təşəkkür edirəm ki, bizə böyük dəstək verirlər. Həkimlərə yönəldiblər, müalicə olunması üçün həyat yoldaşıma şərait yaradıblar. İndi Rəmiş özünü yaxşı hiss edir. Həkimlər müalicəsi ilə məşğul olur. Bir az düzəlib”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam