Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

"Soysuzdu dünya" Təranə Şəms

 

Soysuzdu dünya

Atıram sözümü səs, haray olur,

Son dəfə səsimi, tarıma çəkdim.

Bitməyən arzular boş saray olur,

Nədən bəs, ilməni tərsinə kəsdim?..

 

Baxıram həyata naxış, naxışdı,

Rəngləri əlvandı könül oxşayar.

Üzündə  göz izi, baxış-baxışdı,

Kimisi vəsv edər, kimi boşlayar.

 

Gözəlsən ey həyat, tamah salan çox,

Kiminin gözü tox, yan ötüb keçər.

Dünyanın malını bəzən çalan çox,

“Mən”  deyib şəxsini nişansız biçər.

 

Bir insan xisləti nələr danışar,

Eşidib, qulağı kar olan ölsün.

Qocala - qocala başın qarışar,

Anlamaz olanı gözlərin görsün!...

 

Yumaqdır bu həyat, qırılıb bitər,

Bir heçin içində sönsuzdu dünya.

Hər anın hökmü var, zamanla itər,

Tükənib həyası, söysuzdu dünya...

 

Dünyanı toxuyaq öz toru üstə,

Biz salaq harayı, səsi çıxmasın.

Hiyləsin yandıraq öz qoru üstə,

Hədəfsiz oxunu bizə sıxmasın!...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam