Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

SƏNDƏ... MƏNDƏ...ONDA BİTƏR

  • "Xeberinfo.com": Ay camaat! görün nəvəm nə eşidib, nələr görüb nə söyləyir.Yaşı azdır,baxın görün öz haqqında yalan olan,haqqlarını önə çəkib baş eyləyir. Deyir nənə, deyim sənə,eşit məni! Söylədim ha,az yaşımda eşitdiyin qəlb yandıran naməmi. Ay nənəcan, can nənəcan,nədən axı yalan, riya qanad taxıb göylə gedir. Uşaqikən bizləri də öyrədərək, yalan sözə sövq edərək, pisə, yaxşı, yaxşıya pis,əyri düz dəvət edir. Düzlük itib,yalan düzü sıxıb küncə, ora-bur sürükləyir. Döşşək nazik, yorğan qalın,gecə uzun, naqis oyaq, yalan nədən mürgüləyir.Çoxmu keçər belə yuxu dərindisə ay nənəcan, həyat sönük, insanların durğunluğu, mən beləyəm söyləyərək, öz-özünə yalan –gerçək vurğunluğu. Ay nənəcan, can nənəcan, arzun idi, dərsə gedib, dərs oxuydum, amma yaşım azdısa da, yalanları ilmə-ilmə,nişan-nişan, şanə-şanə,asta-asta həyat mənə dərs keçərək DƏRS oxudum.Deyim sənə, bir bilsənə dil öyrənib,qələm tutub Ana yazdım, Vətən yazdım, hərf-hərf dil öyrəndim, hesab –hesab söz öyrəndim,əlaçısan, çox fəalsan,söylədilər. Ay nənəcan, can nənəcan, eşit məni qələm sənin,mən deyirəm yaz nənəcan.Nədən axı vermədilər, gecə uzun yatmaz olub, çəkdiyim o zəhmətimin bəhrəsini, şıltaq deyləm, nadinc deyləm dağıtmadım bir kimsənin nəhrəsini.Vermədilər qazandığım zəhmətimin dövlət verən töhfəsini. Almalıydım ənan olan yeni tədris qurluşunun mənə töhfə, babam verən yüz manatı, adı mənim kimsə yedi bilmədim,mənim idi,kimin idi vermədilər görmədim,kimsə yeyən,mənə çatan pul payımı. Harda itdi, harda batdı, kimlər yedi ,kim yedisə,dadlı-dadlı, zəhər yesin, gecə-gündüz, səhər yesin.Həfs məlum, əməl başqa, qovha-qovdu. Ay nənəcan,can nənəcan şagird mənəm vermədilər zəhmət üçün,qiymət üçün, nefdən çatan, əladısa təhsil üçün,Öndər öğlu İLHAM kəsən,mənə çatan pul payımı, yaşım kiçik, çox görürəm bu dövlətin neftə görə, insanları ac-yalavac ah-vayını, düzlük itib, nəsil –nəsil, yalan harda tufan qopar, külər əsər, illər ötər əsir-əsir, boy atırıq, nəsil-nəsil, soya kökə,soy qataraq, itməz ki,ya bu fırıldaq , əzzəl-axır gözüm görüb,bu yalanlar çəm olaraq məndə bitər.Dovran belə davam edər, zaman itər, iynə düşsə samanlığa, yalan kimi axtar tap ki, yaddaşımda qalan yalan harda bitər, yellər əsər, onda bunda, əzəl –axır,itməz olub, uzaqda yox, bitər olsa, səndə,mən də onda bitər...
  • TƏRANƏ ŞƏMS
  • 20.07.2014.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam