Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DÖVRÜMÜZÜN ADAMI –hekayə

 

 

 

                                            Saxtakarlığın hökm sürdüyü bir zamanda həqiqəti söyləmək,

                                             bir inqilabi hərəkətdir!

                                                                                             Corc Oruell

Mürsəl Əlibəyli son səkkiz ay ərzində on dördüncü dəfə idi ki, Dövlət Təhlükəsizliyi Nazirliyinə (DTN) çağırılırdı. Hər dəfə onu qəbul edən əks kəşfiyyat idarəsinin rəis müavini polkovnik Qasım Qacarov eyni sualları verirdi: “Hansı dövlətin kəşfiyyatı ilə əlbirsiniz? Neçə ildir ki, satqınlıqla məşğulsunuz? Satqınlığınız müqabilində aldığınız pullar hansı hesabınıza və necə keçirilir?”

Mürsəl Əlibəyli eyni suallara eyni cavabları verməkdən artıq yorulmuşdu: “Mən heç bir dövlətə, heç bir kəşfiyyat idarəsinə xidmət etmirəm. Yazdığım povest uzun illərdən bəri apardığım müşahidələrə və elmi həqiqətlərə söykənir. Həqiqətən də, kosmosun çirklənməsi o dərəcədə ciddi şəkil almışdır ki, daha susmaq olmaz. Həqiqətləri ictimailəşdirmək zəruridir. İnsanları gözləyən real təhlükədən xəbərdar olmağa onların da haqqı var. Son dərəcə zəhərli, ciddi radiasiyaya səbəb ola biləcək maddələrlə dolu konteynerlərin kosmosda dolaşması olduqca təhlükəlidir. Torpağın, suyun, havanın çirklənməsi ilə bəşəriyyət durmadan mübarizə aparır. Lakin kosmosdakı konteynerlərdən heç kimin xəbəri yoxdur. Xəbəri olan beş-on nəfər də susur. Həmin konteynerlərdən, hətta birinin Yer kürəsinə düşməsi fəlakətlə nəticələnə, kütləvi insan qırğınına səbəb ola bilər. Fikrimcə, kosmosun çirklənməsinə səbəb olan ölkələr onun təmizlənməsi qeydinə qalmalı, bəşəriyyəti gözləyən real təhlükəni aradan qaldırma yollarını araşdırmalıdırlar.”

Yarım saatdan artıq gözlərini qırpmadan Mürsəl Əlibəylini dinləyən əks-kəşfiyyat polkovniki birdən yerindən sıçradı və bağıraraq dedi:

– Siz kimsiniz axı?

Mürsəl Əlibəyli polkovnikin bu davranışı və sualı qarşısında halını belə pozmadan dedi:

– Bildiyiniz kimi, mən xalq yazıçısıyam, əllidən artıq kitabın müəllifiyəm, iyirmi beş ildir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüyəm. Dövlətimiz əməyimi lazımınca dəyərləndirib. Ölkənin bir sıra mükafatlarına, orden və medallarına layiq görülmüşəm. Əsərlərim on beşdən artıq əcnəbi dilə çevirilərək qırxa qədər xarici ölkədə nəşr olunub. “Kosmosda dolaşan real təhlükə” adlanan povestim Avropa xalqlarının böyük marağına səbəb olmuş, qaldırılan problemin olduqca aktuallığı dəfələrlə vurğulanmışdır. Povest ABŞ-da qısa müddət ərzində üç dəfə nəşr olunmuşdur. Dünyanın hər yerində insanlar povestin vaxtında yazıldığını qeyd edərək mənə minnətdar olduqlarını bildirirlər. Mən …

Mürsəl Əlibəyli danışdıqca rəng verib, rəng alan polkovnikin hövsələsi lap daraldı. Səbirsiz halda ayağa qalxdı və yazıçının sözünü yarımçıq kəsərək dedi:

– Ay cənab yazıçı, bunların hamısını mən əzbər bilirəm. Onu da bilirəm ki, indiyə qədər AYB xətti ilə on doqquz dəfə xarici ölkələrdə olmusunuz və həmişə nümunəvi davranışınızla, yüksək mədəniyyətinizlə xalqımıza və dövlətimizə dərin rəğbət qazandırmısınız. “Siz kimsiniz?” sualını verərkən demək istədim ki, sizin nəyinizə lazım olub belə problemə toxunmaq, bu povesti yazmaqla dövlətimizin bir sıra dövlətlərdən şifahi etiraz almasına səbəb olmusunuz. Bütün bunlar dövlətlərarası münasibətlərin pozulmasına səbəb ola bilər axı. Niyə öz işinizlə məşğul olmursunuz?

Mürsəl Əlibəyli bir qədər susduqdan sonra polkovnikin gözlərinin içinə baxaraq dedi:

– Bu povest bir yazıçının konkret problem barədə bədiiləşdirilmiş subyekyiv mülahizələridir. Bu mülahizələrə görə yazıçının vətəninə, xalqına ədavət bəsləmək, dövlətlərarası münasibətləri korlamaq normal düşüncəli insanların ağlına gələ bilməz.

Polkovnik əsəbi halda səsini ucaldaraq dedi:

– Mən nə deyirəm, siz nə deyirsiniz. Etiraz edənlər var və onların sayı hər gün artmaqdadır. Əbədi düşmənlərimiz – ermənilər də dinc durmur, sizin povestinizi əllərində bayraq edərək daha çox dövlətlərlə aramızı vurmağa çalışırlar.

Mürsəl Əlibəyli bir qədər əsəbi halda dedi:

– Ermənilər su bulandırmaqda mahirdirlər. Biz onların ardıcıl ifşasını təşkil edə bilməyincə, onlar bizi rahat buraxmayacaqlar. Ermənilərin dedikləri böhtandır, biz onların böhtanlarındanmı qorxmalı, əlimizi ağdan qaraya vurmamalıyıqmı? Ermənilərə də elə bu lazımdır ki, biz susaq, onlar da yalan və böhtanları ilə bizi dünya xalqlarının gözündən salsınlar. Bununla da zəbt etdikləri halalca torpaqlarımıza sahiblənməkdə avropalıların dəstəyindən istifadə etsinlər, – dedi və bir qədər düşündükdən sonra əlavə etdi: – Biz ziyalılarımızı deyil, erməniləri susdurmalıyıq. Bütün gücümüzü bir-birimizlə deyil, onlarla mübarizəyə yönəltməliyik. Biz güclü təbliğata yiyələnərək ermənilərin yalan və böhtan püskürən maşınlarını demontaj etməliyik. Artıq zamanı yetişmişdir, biz onlardan sonra danışmamalıyıq, müdafiə mövqeyindən çıxaraq hücuma keçməliyik, onları hər zaman istənilən məsələnin təbliğində qabaqlamalıyıq. Yalnız bu yolla avropalılara kimin kim olduğunu göstərə, onları öz tərəfimizə çəkə bilərik. Biz neftimizi tam havayı versək də, Avropa dövlətləri erməniləri müdafiə edəcəklər, həqiqətə söykənən mükəmməl təbliğat lazımdır, cənab polkovnik, əlahəzrət təbliğat neftdən də, qızıldan da dəyərlidir, güclüdür.

Polkovnik söylənən həqiqətlər qarşısında söz tapmadığı üçün görüşü yekunlaşdıraraq dedi:

– Cənab yazıçı, gedə bilərsiniz, ancaq Bakını tərk etməyin, sizi yaxın zamanda yenidən dəvət edəcəyik.

Mürsəl Əlibəyli:

– Onda hələlik, cənab polkovnik, – dedi və ayağa qalxaraq polkovnikin öz sifəti kimi uzunsov kabinetini tərk etdi.

Polkovniklə söhbətdən sonra özünü xeyli yorğun hiss edən Mürsəl Əlibəyli MTN-nin həyətindən çıxaraq yolun qarşı tərəfinə keçdi və “Fəxri Xiyaban”ın darvazası qarşısındakı avtobus dayanacağına gəldi. Çox keçmədən dayanacağa yan alan avtobuslardan birinə əyləşərək dəniz kənarına doğru yol aldı. Azneft meydanının dənizə yaxın tərəfində avtobusdan düşüb sahilə yaxınlaşdı. On dəqiqədən artıq sahildə dayanıb yaxta sürən gənclərə tamaşa edə-edə dənizin neft qoxulu havasını ciyərlərinə çəkdi. Sonra əlini arxasında cütləyərək sahillə Dəniz vağzalına doğru irəliləməyə başladı. İyirmi metrə qədər getdikdən sonra yazar dostlarından Gülməmməd Gülhüseyinli və Əli Musa ilə qarşılaşdı. Salamlaşdıqdan sonra birlikdə Dəniz vağzalına doğru üz tutdular. Gülməmməd Gülhüseyinli dedi:

– Qardaş, vallah elə indicə sizdən, sizin cəsarətinizdən, ağlınızın itiliyindən danışırdıq. Povestiniz həqiqətən bir inqilabi hadisədir. Bunun başqa adı yoxdur. Mən inanıram ki, bu əsəriniz tezliklə layiqli qiymətini alacaq. Sizin əsərinizlə əlaqədar iki gün əvvəl məni də MTN-ə çağırmışdılar. Son sözüm belə oldu ki, o kişini incitməyin, onun qaldırdığı problem çox aktualdır. Ümumbəşəri mahiyyət daşıyır. Lap yaxın zamanlarda bütün Avropa dövlətləri, eləcə də ABŞ ondan üzr üstəyəcək.

Gülməmməd Gülhüseyinlidən sonra Əli Musa da yazar dostunu təbrik etdi və əsər haqqında xoş sözlər söylədi.

Mürsəl Əlibəyli Gülməmməd Gülhüseyinlini və Əli Musanı çoxdan tanıyırdı, onların səmimiyyətinə şübhə etmirdi. Odur ki, qələm yoldaşlarına öz minnətdarlığını bildirdi. Onlar söhbət edə-edə “Mirvari” restoranının yanındakı çayxanaya çatmışdılar. Çayxanaya girib boş stollardan birinin ətrafında əyləşdilər. Az vaxtdan sonra qarşılarına stəkan-nəlbəki, doğranmış limon, mürəbbə, qənd və çaynikdə çay qoydular. Dostlar çaylarını içə-içə xeyli söhbət etdilər.

Mürsəl Əlibəylinin polkovniklə son söhbətindən iki aya qədər vaxt keçsə də onu MTN-ə çağırmırdılar. Yazıçı polkovnikin onun ayrılığına bu qədər dözməsinə təəccüb etməyə başladığı günlərdə “Təbiətin Qorunması Üzrə Ümumdünya Assosiasiyası”ndan məktub aldı. Yazıçının elektron poçtuna daxil olan məktubda deyilirdi:

 

“Əziz Doktor Mürsəl Əlibəyli!

 

 

“Təbiətin Qorunması Üzrə Ümumdünya Assosiasiyası” Sizin təbiətin, xüsusən də kosmosun çirklənməsi probleminə həsr olunmuş əsərinizi yüksək dəyərləndirir. Assosiasiya bu ilin 10-15 sentyabrında, Nyu York şəhərində problemə dair keçiriləcək Konqresdə Sizin də 20 dəqiqəlik mühazirə ilə iştirakınızı planlaşdırır. Konqresin işində iştirak etsəniz bizi olduqca şad edərsiniz. Bütün xərclərinizi Assosiasiya öz üzərinə götürəcək.

 

 

Səmimiyyətlə!

 

Assosiasiyanın Baş Katibi

 

Doktor Corc Devid.

 

Nyu York”

 

Mürsəl Əlibəyli məktubu oxuduqdan sonra xeyli fikrə getdi. Nəhayət ki, onun əməyi dəyərləndirilirdi. Daha onun əsəbləri ilə oynamayacaqdılar. Məktubun surəti AYB-yə də göndərilmişdi.

Səhəri gün AYB-də Mürsəl Əlibəylini böyük uğur münasibətilə bütün qələm yoldaşları təbrik etdilər, ona can sağlığı və yeni-yeni uğurlar dilədilər.

Nəhayət, gözlənilən gün gəlib çatdı. “Təbiətin Qorunması Üzrə Ümumdünya Assosiasiyası”nın möhtəşəm sarayda keçirilən Konqresində dünyanın yüz əllidən artıq ölkəsindən dəvət olunmuş min nəfərə qədər alim, kosmosun öyrənilməsi ilə məşğul olan hərbçilər və digər mütəxəssislər iştirak edirdilər. Assosiasiyanın Baş Katibi Doktor Corc Devid Konqresi açaraq iştirakçıları salamladıqdan sonra yığcam çıxış etdi. Doktor Corc Devid çıxışında problemin olduqca təhlükəli olması, indiyədək qanunsuz olaraq məxvi saxlanması və bəşəriyyətin bu təhlükədən qorunması yollarının axtarılmasının vacibliyi vurğulandı. Baş katib sonda dedi:

– Nə gözəl ki, kosmosun çirklənməsi problemini dünyada ilk dəfə qaldıran, öz etiraz səsini ucaldan dahi insan Konqresimizin iştirakçısıdır. Problemi illərlə insanlardan gizli saxlayan bir qrup şəxsin saxtakarlığının üstünü açan bu qəhrəman ədəbiyyat adamıdır. Problemə həsr etdiyi “Kosmosda dolaşan real təhlükə” povesti cəmi bir neçə ay ərzində dünyanı fəth etmişdir. Yazıçının bu hərəkəti əsl qəhrəmanlıqdır. İndi də söz böyük məmnuniyyətlə dünya əhalisinin xilaskarına verilir. Buyurun, Cənab Mürsəl Əlibəyli!

Baş katibin təqdimantından sonra dərhal kürsüyə qalxan Mürsəl Əlibəylini bütün iştirakçılar əvvəl oturaraq, sonra isə ayağa qalxaraq salamladılar. “Əhsən!” “Yaşayın!” “Var olun!” nidaları altında çıxışına başlayan yazıçı dedi:

– Xanımlar və Cənablar! İcazənizlə mən problemin mahiyyətindən danışmaq istəyirəm. Şübhəsiz, problem olduqca ciddidir. Söhbət insan həyatından gedir. Həm də yüz milyonlarla, milyardlarla insan həyatından. Bu gün bu problemi yaradan və Yer kürəsində yaşayan əhalidən gizlədən insanlardan, onların cinayətlərinin böyüklüyündən yox, problemin həcmindən, ciddiliyindən və onun aradan qaldırılması yollarının axtarılıb tapılmasından danışılmalıdır. Mən böyük bir xalqın oğlu olsam da, balaca bir ölkənin vətəndaşıyam. Belə bir böyük problemi mənim qaldırmağım bəlkə də çoxlarına qəribə gəlmişdir. Lakin burada heç bir qəribəlik yoxdur. Yer kürəsi hamımızın planeti, hər birimizin evidir. Odur ki, onu qorumaq hər kəsin müqəddəs borcudur.

Mürsəl Əlibəylinin çıxışı düz iyirmi dəqiqə davam etdi və tez-tez sürəkli alqışlarla qarşılandı. Qəhrəman yazıçı çıxışının sonunda dedi:

– Kosmosun öyrənilməsi, əlbəttə, vacib məsələdir, xeyirxah işdir. Lakin son vaxtlar kosmosun tədqiqi işində insanların rifahi deyil, kütləvi qırğın silahlarının oraya daşınması, lazım gələndə bir və ya bir neçə ölkənin əhalisinin məhv edilməsinə xidmət edir. Bu isə əslində bir neçə ölkə üçün deyil, bütün Yer kürəsi, bəşəriyyət üçün təhlükəlidir. Bəşəriyyəti təhlükə qarşısında qoyan

bir neçə ölkə var. Kosmosun çirklənməsinin qarşısının alınması və mövcud çirklərin təmizlənməsi xərclərini də həmin ölkələrin çəkməsi məncə, daha ədalətli olardı.

Bununla da çıxışını bitirən Mürsəl Əlibəyli gurultulu alqışlar altında kürsüdən endi. Sonra Konqres bir sıra qərarlar qəbul etdi. Qərarlar sırasında Mürsəl Əlibəylinin “Kosmosda dolaşan real təhlükə” əsərinin ədəbiyyat sahəsində ilin Nobel mükafatına təqdim olunması da var idi. Bu qərar oxunarkən Konqres iştirakçıları ayağa qalxaraq yazıçını bir daha alqışladılar.

İlin sonunda Mürsəl Əlibəyli Nobel mükafatına layiq görüldü, lakin o, təntənəli iclasda mükafatdan imtina etdi. Elə oradaca “Kosmosun təmizlənməsi fondu”nun yaradılmasını və ona verilmiş mükafatın həmin fonda köçürülməsini rica etdikdə toplantı iştirakçıları ayağa qalxaraq uzun müddət əl çalmaqla DÖVRÜMÜZÜN ADAMIna öz minnətdarlıqlarını bildirdilər.

 

Avqust, 2019-cu il,

Bakı

 

Babək XALİSTÜRK

Yazar-publisist


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam