Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

ÇILPAQLIQ GÖZ DEŞİR - Məhərrəm Şəmkirli

          

Bir daha parklar getməyəcəm!

Yenixeber.org: Məhərrəm Şəmkirlinin yazısını təqdim edir:

   İllərdir yaşadığım kasıb komadan bir dəfə də olsun gəzmək adıyla şəhərə çıxmamışam. Çox cəhd eləmişəm, amma cəhdim nəticəsiz qalıb. Ona görə ki, bir qarın çörək haqqında düşünən adamda gəzmək, əylənmək hissi olmur. Bu hiss də məndə və mənim kimi yüz minlərlə adamda lap çoxdan ölüb.

  Bu yaxınlarda özüm də bilmədən necə olmuşdusa gedib çıxmışdım sahil bağına- yəni Milli Parka. Hər tərəfdə qələbəlik idi. Hava da isti. Belə havada gəzməmək. əylənməmək məncə günah və bağışlanmazdı. Demək günahımı yuyuram.

  Bir anlıq da olsa çiyimlərimdəki qayğı yükünü qırağa qoyub şirin- şəkər nəvələrinin əlindən tutub, təbiətin qoynunda gəzən babalar, nəvələr necə də bəxtəvər görünürdülər. Bu görüntü təmiz və saf idi.

  Lakin bu təmiz, saf görüntünü öz hərəkətləri ilə çirkləndirən, murdalayan gənc oğlan və qızların sayı çoxdan çox idi.

  Ağsaqqaldan, ağbirçəkdən, böyükdən, kiçikdən çəkinməyən, utanmayan, abır- həya gözləməyən gənclər oturacaqlarda, ayaq üstündə sanki ətrafda heç kim yoxmuş kimi bir- birinə sarılaraq öpüşürdülər.   

  Bu iyrənc, milli əxlaqımıza yaraşmayan gənclərin hərəkətləri məni hədsiz dərəcədə əsəbləşdirdi. Özümü güclə saxladım gənclərin yerinə utandım, yerə girdim. Bu halı keçirən təkcə mən deyildim. Bu səhnəni görənlərin hamsı mənim günümdə idilər.

  Cəsarət edib bu hərəkətlərini onlara irad tutsan, ya təhqir olunarsan, ya döyülərsən, ya da geridə qalmış kimi qınanarsan.

 Tanrım! Bu nədir? Bu məhəbbətdirsə, sevgidirsə, ilahi sevgi, saf məhəbbət bu deyil. Bu heyvani hissilərdir. Heç bir məhəbbətlə sevən gənc sevdiyi qızla camaat qarşısında bu hərəkəti eləməz, ona hörmət edər, adını uca tutar.

 Əgər bəzi üzdəniraq gənclər bunu azadlıq kimi başa düşürlərsə, məncə bu azadlıq ifrat dərəcədədir. Azadlıq arın. Namusun, abrın, həyanın, əxlaqın axırı deyil.

  Hərdən rayondan qonağım olan yaşlı bir qohumum şəhərdə gördüklərini ürək ağrısı ilə mənə danışır. Sakitləşdirmək üçün zarafata salıb deyirəm, yaşlı adamsan baxma, gərək baxasan? Qayıdır ki, oğul. Vallah- billah baxmıram, gözümə girir.

  Mən qohumumu qınamıram. O, haqlıdır, çılpaq budlar, açıq göbəklər, sinələr, dar şalvarlardan çıxan əndamlar adamın gözünü deşir.

  Biz hara gedirik?! Avropaya? Yox, canım, başqa yerə yuyunub. Təmizlənib, geyinib gedirlər. Bu əxlaqla heç hara getmək olmaz. Dayanın, düşünün, daşının, sonra yola çıxın.

  Bütün bunlardan sonra bir də hər hansı bağa (bağlarda, küçələrdə, avtobuslarda, metroda, daha nə bilim haralarda gənclər min hoqqalardan çıxırlar) getməyəcəm.

  Buna görə dost- tanışlar məni qınayıb deyirlər. Axı parklar, bağlar hamsı bizim dincəlməyimiz. Gəzməyimiz üçündür. Sən niyə bir para gənclərə görə belə yerlərdən üz döndərirsən? Axı, bu sənin halalca haqqındır. Haqqından uzaqlaşma.

  Məni qınayanlar haqlıdırlar. Amma nə edim. Özümdən asılı deyil. Abırsızlıqla, utanmazlıqla barışa bilmirəm.

  Bütün bunlar azmış kimi telekanallardan Azərbaycan tamaşaçılarına əxlaqsızlıq püskürdülür. Televiziya kanallarında açıa- saçıq geyimləriylə (bacarıqlar, istedadlarıyla yox ha) efirə çıxıb tamaşaçıları zorlayan “müğənnilər”i görəndə bir tamaşaçı kimi xəcalət çəkirəm, utanıram.

  Bəzi gənclərin belə hərəkətləri xalqın mənəviyyatına, əxlaqına zərbədir. Gəlin hamılıqla bu zərbədən qurtulaq. adət- ənələrimizi, özümüzü azardan- bezardan qoruyan kimi qoruyaq. Gələcəyə sağlam gəncliklə gedək.

  Mənə elə gəlir ki, ölkədə əxlaq polisi deyilən bir qurum yaradılsa pis olmaz. Onlar ictimai yerlərdə üzdəniraq gənclərin belə “azadlıq”larının qarşısına səd çəkər, abırlı adamları abırsızlardan qoruyar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam