Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Detoks:sudan istiotadək

 Orqanizmin illərlə yığılmış zərərli maddələrdən təmizlənməsi detoks adlanır

Yenixeber.org: Bədənin təmizlənməsinin artıq çəkidən xilas olmaqda və özünü sağlam hiss etməkdə çox böyük əhəmiyyəti var.
Su detoks üçün ən yaxşı vasitə sayılır. Xüsusilə yay aylarında orqanizmin suya olan tələbatı daha da artır. Gün ərzində bədənin hər kiloqramına görə 30 qram su qəbul edilməsi vacibdir. Bədənin artıq piy qatı və toksinlərdən təmizlənməsi üçün su ilə yanaşı digər detoks proqramlarından da istifadə etmək olar.
Detoks bağırsaqların təmizlənməsi üçün çox yaxşı vasitədir və onun aparılması orqanizmin müqavimətini artırır, immun sistemini möhkəmləndirir. Bağırsaqların təmizlənməsi üçün xüsusi günlər seçərək həmin günlərdə yüksək kalorili, çox yağlı, duzlu və şirin qidalardan uzaq olmaq lazımdır. Hamilə qadınların və uşaqların detoks proqramından istifadə etməsi yalnız həkim məsləhəti ilə aparıla bilər. Uşaqlar üçün ən yaxşı detoks proqramı təmiz havada gəzmək və çoxlu su qəbul etməkdir.
Lakin detoks zamanı düzgün seçilməyən proqram mədə-bağırsaq və qaraciyərə mənfi təsir göstərir. Detoks üçün istifadə olunan ədviyyatlar istiot, pul bibər və sumaq ən yaxşı antioksidantlar sayılır.
Alma, limon, darçın, mixək və qara istiot qazanda adi soyuq suda 5-10 dəqiqə saxlanıldıqdan sonra süzülür. Alınan məhlulun gün ərzində içilməsi orqanizmin təmizlənməsi üçün ən faydalı üsullardan hesab edilir.
Milli.Az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam