Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qabil Hüseynlidən Müsavata sərt ittihamlar

 

 

  "Xeberinfo.com": Politoloq, Müsavat başqanının keçmiş müavini Qabil Hüseynli Müsavat Partiyası haqda ittihamlar səsləndirib. Müsavat partiyası haqqında kəskin ittihamlar səsləndirib: “Partiyanın hədəfləri çox kiçilib. Hakimiyyət uğruna mübarizə mandat uğrunda mübarizəyə çevrilib. Bu mandata iddialı olan adamların adları da özlərinə bəllidir. “Müsavat”ın adına layiq olmayan bir nöqteyi-nəzər meydana gəlib. Bununla da qurultayı 2015-ci il parlament seçkilərinə kimi uzatmaq istəyirlər. Bu yolla sözdə uğur qazanmaq niyyətindədirlər. Amma bu uğurun yollarının nə qədər çətin olduğunu da bilirlər. Görünür, mandatın qazanılması üçün olan qaydalar onları qane edir. Partiyanın əsas fəaliyyətini də bu istiqamətə yönəldiblər”.

Müsavat başqanın müavini Gülağa Aslanlı “Azadlıq”a açıqlamasında Qabil Hüseynlinin dediklərini yalan adlandırdı: “Qabil Hüseynlinin müsahibəsindən xəbərsizəm. Sizin sözünüzə inansaq, həqiqətən elə bir söz deyibsə, bu artıq Qabil Hüseynlinin kimlərinsə əlinə oynamağa hesablanmış bir addımdı. Çünki Qabil Hüseynli ən azı Müsavat Partiyasında olan dövrdə bilir ki, Müsavat heç vaxtı, heç zaman hakimiyyətlə yer davası, danışıqlar aparmayıb. Müsavat Partiyasının mübarizəsi parlamentdə yer uğrunda deyil, hakimiyyətin dəyişilməsi uğrundadı. Yəqin ki, düşdükləri mühit insanları insanları dəyişir. Qabil Hüseynli belə fikir söyləyibsə, bu artıq onun deqradasiyaya uğradığının təzahürüdür”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam