KTMT DALOY
Yenixeber.org: Gülüstan müqaviləsi 1814-cü il sentyabrın 15-də qüvvəyə minib. Beləliklə Azərbaycanın ikiyə bölünmə faciəsi baş verib.
Çar hökumətinin 9 iyun 1849-cu il tarixli fərmanına əsasən təşkil edilmiş inzibati vahid Erivan quberniyasının ərazisi 1867-ci tarixli fərmanına əsasən 27.8 min kv km həcmində müəyyən edilib ( ASE cild IV, səh.79).
Gülüstan müqaviləsi qüvvəyə minəndən sonra Azərbaycan İranla Rusiya arasında ikiyə bölünərək təqribən 117 min kv km ərazi Şimali Azərbaycan adlandırılıb.
1920-ci il noyabr ayının 20-də Azərbaycan ərazisi hesabına 29.8 min kv km ərazidə SSRİ tərkibində olmaqla Ermənistan deyilən respublika yaradılıb.
DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİ (DQMV)- Azərbaycan SSR-də muxtar vilayət. 1923 -cü il iyulun 7-də təşkil edilmişdir. Sahəsi 4.4 min kvadratkilometr, əhalisi 156 min nəfər (1977 1 yanvar) 5 rayonu (Əskəran, Mardakert,Martuni,Hadrut və Şuşa), 2 şəhəri,5 şəhər tipli qəsəbə., 1 fəhlə qəsəbəsi. 230 kənd və qəsəbəsi var (1977. 1 yanvar). Mərkəzi Stepanakert şəhəridir. (ASE cild III, səhifə 308).
Bu beş abzası kimlərə və nə ücün xatırladıram? Respublikamızda siyasət elmini “dərindən” bilən şəxslər Müstəqil Azərbayanın xoşbəxtliyini KTMT-nin tərkibinə daxil olmaqda görürlər. Azərbaycanın torpaqlarını param parca edən isə Rusiyadır. Gərək həmin beş abzasda yazılanları görməyi və yazıb oxumağı bacarmayasan ki, parçalanmanın kim tərəfindən nə səbəbə həyata keçirilməsini də anlamayasan.
Siyasətçi olmasam da Dağlıq Qarabağ ərazisinin işğaldan azad olunmasının yollarını vaxtı ilə göstərmişəm. Yenə də həmin fikrimin üstündə dayanıram. Son günlərin birində Rusiya Dövlət Dumasının Spigeri Vyaçeslav Volodin Türkiyəli həmkarı Binəli Yıldırımla görüşüb. Tərəflər görüş zamanı AŞPA ətrafındakı vəziyyəti müzakirə ediblər. Volodin Yıldırıma Ankara və Moskvanın demokratik prinsipləri dəstəkləməklə bağlı ümumi mövqe nümayiş etdirmək üçün səyləri birləşdirməyi təklif edib.
Türkiyə dövləti ABŞ-nın hər tərəfli təzyiqlərinə baxmayaraq Böyük Orta Şərqdə və Aİ-na qarşı müstəqil siyasətini yeridir və demək olar ki, müəyyən hallarda əsaslı qələbələr qazanır və onunla hesablaşırlar da. Qərbin təzyiqlərinə davam gətirməyən Rusya da istər istəməz Türkiyə ilə razılaşmalı olur. Özümüz hərəkət
etməklə yanaşı hər iki super dövlətlə əlbir olub (Türkiyə və Rusiya) dünya miqyasında apardıqları Müstəqil Azərbaycana sərfəli siyasətdən faydalanmaqla İşğal altında olunan ərazilərimisi hərbi qüvvələrimiz vastəsiylə azad edə bilərik. Donuzu darıdan xahişlə,minnətlə yox,zopa ilə çıxarırlar.
Müstəqil Azərbaycanı KTMT-nin qucağına itələməyə çalışanlar Xocalı qətlimanını unutmamalıdırlar.
Olan bir sıra həqiqətləri etiraf edək ki, Yer kürəsi miqyasında Rusiya imperiyası kimi ən iri ərazizi və tükənməz yer altı və yer üstü təbii sərvətlərə maliki güclü hərbi qüvvələri olan ücüncü bir dövlət yoxdur. Ona qarşı dura bilən ancaq ABŞ-dır. Bununla yanaşı 1955-ci ildə yaradılan VARŞAVA MÜQAVİLƏSİnin dağılması müttəfiqləri sırasında ona qarşı inamsızlıq, Əfqanıstandakı məğlubiyyəti və dünya miqyasındakı zorakılıqları Rus imperiyasına hörmətsizlik gətirdi.İndiki dövrdə Rusiya imperiyası Cənubi Qafqazdan çıxmamaq üçün yığma ermənilərdən və Azırbaycanın ərazisi hesabına yaratdığı vassal dövlətcik olan ermənistan deyiləni Azərbaycanın üstünə qısqırır. Rus imperiyası hələlik zorakılıqla işğalcılıq siyasətini Böyük Orta Şərqdə, Cənubi Qfqazda və Ukrayna ərazisində yeritməkdə davam edir. Zorakılığın sonu da məğlubiyyətlə nəticələnir.
Quliyev Elxan Sarı o. 10.10.2018-ci il.