Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

HƏM DOSTUMSAN, HƏM DƏ SEVGİLİM!

 

 

 

"Xeberinfo.com":

 

Bir qız gördüm,getdi qəmim,nisgilim,

 

Əvvəl dostum oldu,sonra sevgilim,

Ötdü xeyli zaman,soruşdu məndən,

 

Biz dostluq,sevgili,söylə mən bilim!

Dedim:

Bünövrə dostluqdu,barısı sevgi,

Yarısı dostluqdu,yarısı sevgi,

 

Pətəyə oxşardi münasibətimiz,

 

Pətəyi dostluqdu,arısı sevgi.

Dedi:

Sən özünə bənzədirsən arını,

Arı sevər çiçəkli baharini,

 

Bir gün qış yazdırsa bəyaz qarını,

 

Mütləq tərk edəcək öz diyarını.

Dedim:

Vətənim də sənsən,pətəyim də sən,

 

Baharım da sənsən,çiçəyim də sən,

Yəni,fərqi yoxdu dağdı,arandı,

 

Ya bahardı,ya qışdı,ya borandı,

 

Hər yerdə,hər zaman,üreyimdəsən!

Gülərək başını qoydu sinəmə,

 

Dedi:

 

-Sus,danışma,hec nə söyləmə,

 

Səndən bir istəyim var,ey sevgilim,

 

Qoyma bircə an da qərq olum qəmə!

Dedim:

 

-Həm dostumsan,həm də sevgilim,

 

Həmdəmin etmərəm kədəri,ahı,

 

Səninlə ötəcək hər ayım,ilim,

 

Yerdə səni sevdim,göydə Allahı.

 

Mətləb Tənha


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam