Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SEVDİM SƏNİ, SEVDİM QIZ!

"Xeberinfo.com":  

Kim deyər daşdı qəlbim
Sevməyi bacarmaram
Çəksəm nazı – qəmzəni
Bəlkə də qocalmaram
Düşsəm qara sevdaya
Loğmansız sağalmaram
Nə olur demə....!
Demə, demə amansız
Sevdim səni, sevdim qız!

 

Sən qırmısan könlümün

Açılmayan möhrünü
Duydum sənlə sevginin
Mözüzəli sehrini
Sus! Gəl mənə söyləmə
Sevməyi bacarmadım
Əsir etdin məni sən
Dərdimi açammadım 
Sevgim sonsuz, zamansız
Sevdim səni, sevdim qız!

 

Qönçə tutdun ömrümün
Bağçasında bağında
Viran olan könlümün
Qarasında ağında
Qövr etsə də yaralar,
Ürəyimin başında
Oxu çəkib zalımca
Ata bildin kamansız
Sevdim, səni sevdim qız!

 

Məni məndən qoparıb
Olmusan həqiqətim
Röyalara tapınan
İdrakım, bəsirətim
EH....!
Bəlkə sevdim deyən gün
Bitəcək əsarətim.
Sən olma zalım, qansız
Sevdim səni, sevdim qız!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam