Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

İrəvan “ağa”sını 80 milyona satdı

İrəvan “ağa”sını 80 milyona satdı

 

Avropa İttifaqı Şurası Ermənistanla imzalanması gözlənilən, hərtərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədin mətnini yayıb

 

Yenixeber.org: Razılaşmanın noyabrda, Avropa İttifaqının Şərq Tərəfdaşlığı portnyorluğunun forumunda imzalanması planlaşdırılır. Tərəfdaşlığı nəzərdə tutan sənədə yeni elementlər daxil edilib. Ermənistan bundan əvvəl həmin məqamlardan Avrasiya Birliyinə üzvlüyü səbəbindən imtina etmişdi. Buna görə də yeni razılaşmada Rusiyanın maraqlarına cavab verməyən müddəalar əksini tapmır.

Ermənistan bir neçə dəfə Rusiyanı Avropa İttifaqı ilə şantaj edib, lakin Kremldən müəyyən maliyyə dəstəyi, hərbi yardım aldıqdan sonra assosiativ sazişlə bağlı fikrindən vaz keçib. Görünür, bu günlərdə Avropa İttifaqı 80 milyon yardım ayırmaqla Ermənistanı “ağa”sından uzaqlaşdırmağa və öz tərəfinə çəkməyə nail ola bilib. Məlumata görə, Aİ iqtisadi proqramların reallaşdırılması üçün İrəvana 26 milyon dollar, kiçik və orta müəssisələrin inkişafı üçünsə 54 milyon dollar vəsait ayırmağa qərar verib.

Maraqlısı odur ki, eyni vaxtda Rusiya da hərbi məqsədlər üçün Ermənistana 100 milyon dollar ayıracağını bəyan edib. Ancaq bu vəsait birdəfəlik yardım yox, kreditdir. Belə görünür ki, Ermənistan 80 milyon dollara “ağa”sını Avropa İttifaqına satıb. Hər halda Kremlin nə reaksiya verəcəyi maraqlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam