Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Türk iş adamından vəkilə şok ittihamlar:"Tam bir saxtakar və şərəfsizdir!" (AUDİO)

Aslan-ISM1

 

“Oğlunu da bu işlərə alət eləyir. Məndən 40 min dollar para aldı, işini görəcəm deyə. Nə işi gördü, nə də pulu geri qaytarır!”

Yenixeber.org:  Vəkil Aslan İsmayılovla iş adamı, “Xəmsə” holdinqin sahibi Mürvət Həsənlinin arasında 2 aya yaxındır davam edən, bəzən hətta təhqir həddinə çatan qarşılıqlı ittihamlar indi də səngiməyib. Əksinə, M.Həsənlinin DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırılmasından və ifadəsinin alınıb sərbəst buraxılmasından sonra Aslan İsmayılov daha da aqressivləşib. Vəkil, bütün sərhədləri tapdalayaraq, qarşı tərəflə bağlı təhqirlər yağdırır, bununla da kifayətlənməyərək, “Mənim səbrimin həddi var”, deyə hüquq-mühafizə orqanlarını, konkret vəzifəli şəxsləri təhdid edir…

A.İsmayılovun bəzən heyrət doğuran belə hədsiz aqressivliyini başa düşmək isə həqiqətən də çətindir. Axı nə baş verir ki, o, bu qədər özündən çıxır, əsəbləri gərilir, özünü ələ ala bilmir, söyür, hədələyir, təhqir edir?… Bir azərbaycanlı iş adamı ilə bir türk iş adamı bir neçə ilə ticarət ediblər, ayrılanda aralarında mübahisə düşüb. İndi iş gedib məhkəməyə çıxıb. Türk iş adamı vəkil kimi Aslan İsmayılovun hüquqi xidmətlərindən yararlanmaq qərarı verib. Bu qədər sadə!
Lakin nə işdirsə, A.İsmayılova belə gəlib ki, türk iş adamına təkcə hüquqi xidmət göstərməklə kifayətlənmək olmaz. Məqsədə çatmaq üçün istənilən vasitə məqbuldur. Məqsəd də ki, qaranlıq…

Diqqətli oxucular fərqində olar ki, A.İsmayılov ilk gündən “dələduz”, “mafiya babası”, “cinayətkar” deyib, yapışıb Mürvət Həsənlinin yaxasından. Arada M.Həsənliyə tribuna verən KİV-ləri, o cümlədən “AzPolitika”nı da qamçıladı. İndi də hər fürsətdə bizi söyür, yamanlayır və ən yaramaz böhtanları danışır.

BƏS, ƏSLİNDƏ ƏSL DƏLƏDUZ KİMDİR?

A.İsmayılov son 2 ayda, bəlkə 50 dəfə M.Həsənlinin ünvanına dələduz kəliməsini işlədib. Və hər dəfə də M.Həsənlini ittiham etdikdən sonra özünü xalqın taleyini düşünən, dürüst, vicdanlı, vətənpərvər, haqqsevər və xalqsevər biri kimi cəmiyyətə sırımağa cəhd edib. Deyib ki, guya türk iş adamının müdafiəsinə məhz bu ali dəyərlərə dərin hörmətindən, xalqın maraqlarını güdməsindən dolayı qoşulub. İnsafla danışsaq, bir xeyli adamı buna inandıra da bilib.

Lakin məsələ ondadır ki, ətrafa dələduz ittihamlarını yağdıran Aslan İsmayılovun özünün başqa bir türk adamına 40 min dollar atdığını ehtimal etməyə əsas verən dəlillər ortaya çıxıb! “AzPolitika” bu barədə ilkin məlumatın izinə düşüb və məlumat, birinci mənbənin dilindən öz təsdiqini tapıb. Beləliklə, Türkiyə vətəndaşı, iş adamı Hızır Ekşi “AzPolitika”ya açıqlamasında Aslan İsmayılov tərəfindən dolandırıldığını, 40 min dollarının mənimsənildiyini bildirib. Türk iş adamı əməkdaşımızla söhbətə belə başlayıb:
“Tam bir saxtakar və şərəfsizdir! Oğlunu da bu işlərə alət eləyir. Məndən 40 min dollar para aldı, işini görəcəm deyə. Nə işi gördü, nə də pulu geri qaytarır!”

Hızır Ekşi ilə sonrakı söhbətdən belə məlum oldu ki, təxminən 2 il əvvəl onun qardaşının Gürcüstanda problemi olub, işi məhkəməyə düşüb. A.İsmayılov bu problemi həll edə biləcəyini vəd edərək, türk iş adamı ilə anlaşıb. Hızır Ekşi 40 min dolları öz adamı vasitəsilə Gürcüstanda Aslan İsmayılovun oğluna verib. Lakin A.İsmayılov nə işi həll edib, nə də pulu geri qaytarıb. Türk iş adamının dediklərindən:
“Təxminən 2 il öncə qardaşımın Gürcüstanda bir məhkəməsi var idi. Bu məhkəmə işlərini həll etmək üçün pulu aldı. Amma həll edə bilmədi. Bundan sonra vaxt istədi, sonra yenə vaxt istədi. Sonda pulu geri verəcəyəm, işi düzəldə bilmirəm dedi. Amma pulu geri vermədi. Tam bir saxtakar! Vəkil olmadığı halda vəkiləm deyir. Məyər ki, heç vəkil də deyilmiş, sonradan öyrəndik.

Bir il əvvəl onunla Bodrumda qarşılaşdım. Dedim ki, ya işi həll et, ya da pulumu geri qaytar. Yoxsa bir daha səni Türkiyədə görəndə, o pulu səndən almağı biləcəm. İndi də axtarıb, tapa bilmirik. Oğlu da bu işlərin içərisində. Onu Gürcüstana göndərdi. Pulu ona verdik. Yəni tam bir dolandırıcı saxtakar.

Türk millətçisiyəm deyir, o da yalan. Ermənilərlə iş tutur, həm burda, həm orda. Yalandan bir kitab yazmış, onunla milləti bağlayır. Biz də o yazdığı kitaba inanaraq, düzgün adam bildik. Bütün türk iş adamlarını o kitabla tovlayır. Öncə onlardan bir 1000 avro alır, mən 1000 avroya çalışıram deyə, işin içərisinə salır, arxadan qalan pulu istəyir. Bizə də eyni şeyi elədi. Özünə də dedim, əlimizdə də sənəd-sübut olmadığı üçün onunla çox da məşğul ola bilmirik…”

Hızır Ekşi deyir ki, A.İsmayılovu son dəfə Bodrumda görüb. Bundan 2-3 ay sonra telefonla zəng edib. Lakin sonradan telefon zənglərinə də cavab verməyib, ancaq “Vatsap”la yazışa biliblər. Türk iş adamı A.İsmayılovla sonuncu “Vatsap” yazışmasını da bizə göndərdi. Yazışmanı olduğu kimi təqdim edirik:

Hızır Ekşi: “Aslan sahtekarı. Cuma gününe kadar benim 40 000 usd paramı ben sana nasıl gönderdiysem. Öyle gönder. Yoksa bu parayı çok farklı şekillerde ödersin. Gerek Amerika’da gerek Münih’te alacağım. Hukuk.

Aslan İsmayılov: “Oglanlarimla meni tehdid edirsense yalnish yoldasan. Ikiqat bedelini odersen. Menı tehdıd etme. Senden farklı olaraq men kışıyem. Dedıyım sözün de sahıbıyem. Paraları verdıyın Paatadan almaq üçün para vermış kışının ıfadesı lazım. Bu qeder. Bır daha menı tehdıd etmeye qalxma”.

Hızır Ekşi: “Şerefsiz ben parayı senin oğlun vakıfa senin sözüne istinaden verdim. Kime verdiysem ondanda almasını bilirim bu sana son sözümdür. Ben pata diye kişiyi tanımam pata senin arkadaşın. Şunu da iyi bil seni Azerbaycan’da sahtekarlıktan dolayı içeri attıracağım. Hapiste de ziyaretine geleceğim”.

Aslan İsmayılov türk iş adamından 40 min dolları alıbmı, niyə alıb, Gürcüstan məhkəməsindəki işi 40 min dollarla necə həll edəcəkdi, Paata deyilən adam kimdir, oğlunu bu işlərə alət edibmi, pul kimə çatıb, geri qayıdacaqmı, bütün bunlar dələduzluq sayıla bilərmi… Bu suallara, əlbəttə ki, gərək Aslan İsmayılov özü cavab versin.

Ən əsas sual: Necə olur ki, bir türk iş adamına borclu qalan dələduz, başqa bir türk iş adamına 40 min dollar atan isə vətənpərvər və dürüst adam olur? Bu nə hikmətdir? 

Beləliklə, əvvəldəki sualı bir daha təkrarlayır və açıq saxlayırıq: ƏSL DƏLƏDUZ KİMDİR?!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam