Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abbasqulu ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş elmi konfrans

 

        "xeberinfo.com": Naxçıvan Dövlət Universitetində böyük maarifçi, tanınmış alim və şair Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov açaraq bildirib ki, 12 fevral 2014-cü ildə “Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.  Natiq vurğulayıb ki, 2014-cü ildə Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur. Ensiklopedik biliyə vəəhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri olmuşdur. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.

         Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqoji emlər doktoru Elbəyi Maqsudovun “Abbasqulu ağa Bakıxanov elm və mədəniyyətin inkişafında əvəzsiz töhfələr vermiş görkəmli alim və istedadlı şair kimi”, Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin  “Abbasqulu ağa Bakıxanovun maarif, məktəb və tərbiyə haqqında fikirləri”, Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Quliyevanın “Nəsihətnamə əsərində əxlaqi fikirlərin tərrənnümü” mövzularında məruzələri dinlənilib.  Məruzələrdə bildirilib ki, 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edən Abbasqulu ağa Bakıxanov, Türkmənçay və Gülüstan müqavilələrinin(1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. "Qüdsi" təxəllüslü ilə şeirlər yazıb. Vurğulanıb ki, Abbasqulu ağa Bakıxanovun, uşaqların əxlaqını yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən nəsihətamiz əsərləri bu gün də öz əhəmiyyətini itirməyib.

        

         Sonda tələbələr Abbasqulu ağa Bakıxanovun əsərlərini bədii qiraət ediblər.

 

 

 Mina Qasımova

 

                                 NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam