Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“SÖZ” SƏNƏTİNİN SAHİBİ ŞAİRLƏRDİR

 

 

“SÖZ” SƏNƏTİNİN SAHİBİ ŞAİRLƏRDİR

Üçüncü hissə

 

Yenixeber.org: Kərəm bəy,Sizin şeirlərinizə münasibət bildirərkən yazımın ikinci hissəsində yazmışdım: Bu iki şeir yaralı yerimə toxundu.Bunlar “MƏNİ TƏRİFLƏMƏ” və “KİMƏ GƏLDİ, SİZ “MÜƏLLiM DEMƏYİN” şeirləridir.

Altıncı “HAQQ-ƏDALƏT SORAĞINDA” kitabımı “YAZICI” nəşriyyatından götürməyə getmişdim. Ş.Vəfadar ilə sohbətləşən zaman dövlət mətbuatında çalışan, yaxşı şeirlər yazan bir nəfərlə qarşılaşdım. O, tənqid yazdığım üçün“qanacaqsız, mərifətsiz, həyasızsan, utanmırsan...” deyərək kitabıma görə məni “tərif”lədi. Mən heç bir cavab vermədim. Aradan bir il ötəndən sonra həmin nəşriyyatdan yenicə çapdan çıxmış “DAYAQ” kitabımı götürməyə getmişdim. Yenə həmin şəxslə qarşılaşdım.O, bu dəfə əyilib iki əliylə mənimlə görüşüb halımı, vəziyyətimi xəbər aldı.

Həmin nəşriyyata hörmətli şəxslər gəlirdi. Mühasib olduğumu biləndə mənə agız büzür, yazılarımı oxuyandan sonra hal-ənval tutur, əyləşməyə yer göstərirdilər.

Mənə də hörmətli akademik, fizika-riyaziyyat elmləri doktoru və sair elm insanları, həmkarım da “Elxan müəllim” deyə müraciət edirdilər. Bu səviyyədə olan insanlar mətbuatdakı və saytdakı çıxışlarımı, kitablarımı

oxuyub mənə “müəllim” deyə müraciət etməklə mən nə müəıllim olurdum, nə də şişmirdim, nə də onlar mənliyindən aşağı düşmürdüllər. Onlar kimə “müəllim” demək lazım olduğunu yaxşı blirdilər. Kərəm bəy, Siz də düzgün deyirsiniz ki,”kimə gəldi müəllim demək olmaz”. Müəllim deyilən elmi kəşflər edən dahilər yetirəndir.Məüəllim hər növ tərifə layiq olan əvəzsiz şəxsiyyətdir.Bu iki şeiriniz də tərifə layiqdir.

Diqqətinizə özüm haqqında iki cəhəti catdırmaq istəyirəm. Şeir yazmağa və onu oxumağa həvəsliyəm.Ancaq müəllim olmaq istəsəm də bu cəhdimə mane oldular.AZ.KTİ-nun mühasibat ucotu şıbəsini fərqlənmə diplomu ilə başa vurduqdan iki il sonra Azərbaycan Dövlət Universitetinin Siyasi iqtisad fakultəsininə daxil olmaq istədim. Oradan cavab aldım ki, ümümi əsaslarla qəbul oluna bilərəm Bu da onu göstərirdi ki, yenidən beş il təhsil almalıyam...

Şeirləniz haqqında şəxsi fikirlərimi bildirmək istəyirəm.Dünya haqqında fikriniz sabit deyil. “SİRLİ DÜNYASAN”(s.56),”YALANDI DÜNYA”(s.59), ”DÜNYA YENƏ YERİNDƏDİR”(s. 61)”.MƏNİM TANRIM” (s.79) isə mübahisəlidir.

Dünya üçün ən yaxş şeirlərindən birini Azərbaycan KP MK-nın keçmiş əməkdaşı Ramiz Məmməzadə yazmışdır: “DÜNYA FANİ DEYİL” 20 misralıq şeirin 8 misrasına diqqət yetirək:

Bu bəxtin bir üzü sevdalı yazdı,

Bəlkə bu sevdanı bilən olmazdı,

Fəqət görəçinlər göylərə yazdı,

Bu sirr ulduzlara çatarsa necə...

 

Dünya fani deyil,dünya gerçəkdi.

Dünyayala tutaşan oğullar təkdi.

Taleh bizləri də sınağa cəkdi,

Fələk başımızı qatarsa necə...

R. Məmmədzadənin “Ümid kitabı”nda dərc olunan bu kimi şeirlərinin şərhinə “DAYAQ” adlı kitabımda geniş yer vermişəm.

“AĞLASIN”(s.69),”DƏBDƏDİR”(s.52),”AZƏRBAYCAN”(s.55), “TORPAQ”(s.75), “Ailə” (s.160-161) kimi şeirləriniz diqqət çəkəndir.

Ümumiyyətlə şeyriyyətdə ən ucuz mövzu nəsihətdir. Yazarların sözü qurtaranda nəsihətdən yazırlar.Cəmi şeirlərinizdə nəsihət bol-bol olduğu halda “Nəsihət”ə yenidən iki şeir (s.83,158) həsr etmişsiniz. “TƏMİZ OLSUN” (s.37), “ZƏHLƏM GEDİR” (s.177) kimi şeirlər şeir xatirinə yazılmışlardır. Bu qəbildən olan şeirlər kitabınızda kifayət qədərdir.

Milli Novruz bayramımız münasibətiylə Sizi təbrik edir, yaradıcılığınızda uğurlar və can sağlığı arzulayıram.

Quliyev Elxan Sarı o. mart 2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam