Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Çəkil

 

Xeberinfo.com:  

Yığış karvan yolundan, 
can dəvəmi, can atmı? – 
Səhra səltənətindən dənəvər qumca çəkil,
Meydan səsləmir artıq, can meydana can atmır,
Ötdü daha ömür-gün,
Bəhmənli, küncə çəkil!

Namərddi səhra , qəlbin
gör, nə sayaq uçunur?!
Ehmalca qoy boşluğa ayağının ucunu...
Qiyamət uçqunudu sarbanların uçqunu,
Bir az ehtiyatlı ol, 
bir qədər incə çəkil!

Gör nə qədər caninin canı var ortalıqda,
Şəhid qarışqaların qanı var ortalıqda,
Şərəfsiz irəlinin sonu var ortalıqda,
Çürü qədim qın kimi, əyri qılınca çəkil!

Pəhləvanlar qul oldu 
sonda gördük heç nədi,
Qolunu qanırdılar , qulun kimi kişnədi...
Gərdişlə qoz-qoz oynamaq dikbaşların işidi,
Bəhmənli, baş aparma, 
mülayim dincə çəkil!

Çəkinmə nə daşınıb, 
nə deyəcək sarsaqlar – 
Mərd ağac var, qış nədi, 
yaza qədər bar saxlar...
Arxadan gələnlərə uzanmağa yer saxla,
əcəl zarafat sevmir 
Bəhmənli, zəngə çəkil,
Xilas yeri var hələ, 
çəkil, ölüncə çəkil!

 

VAQİF BƏHMƏNLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam