Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"MEDAL" ATANI ÖPƏRSƏN

 

Xeberinfo.com:  (Şəhid oğlunun yaxasından atasına verilən medalı asdılar. O isə ağlayırdı)

Ağlama şəhid balası,

Ağlama gözümün nuru.

Təzə adın mübarəkdi,

Bu adı şərəflə qoru.

 

Atan sənə qoyduğu ad,

Ürəyincə olmamışdı.

Bunun üçün nazın çəkib, 

Qayğına da qalmamışdı.

 

İtirdiyin ata yeri

Medalla əvəz olundu.

Arzuların, ümidlərin,

Bu medal üstdə qalandı.

 

İndi sənin “Medal” atan,

Hər gün könlünü alacaq,

Vaxt tapıb əl vurmadığı,

Başını sığallayacaq.

 

Dərdlərindən halı olub,

Səni hər gün qucacaqdır.

O qönçə arzuların da,

Çiçək-çiçək açacaqdır.

 

Sən dəcəllik eylədikcə,

Bir acı söz deməyəcək.

Nə narahat olma deyib, 

Nə üzünə gülməyəcək.

 

Atalı dostlar görəndə,

Ürəyin tel-tel olacaq.

Gözlərin ata axtarıb,

Daş üstünə çaxılacaq.

 

O zaman sinən üstündə,

Olan atana baxarsan.

“Medal” atanın nurundan,

Tutub gəzməyə çıxarsan.

 

Asıb qəlbinin küncündən,

Dərdini ona deyərsən.

Nazını çəkən “atanın”

Qarşısında baş əyərsən.

 

Ağlama, yaşına qurban,

Ucadan ucadır adın. 

Dağ boyda ata yerinə,

Əlinə bir medal aldın.

 

Sən anadan doğulanda,

Dedi keçilməz çəpərsən.

Atan yadına düşəndə, 

“Medal” atanı öpərsən.

 

NƏCİBƏ İLKİN ( şairə publisist)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam