Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DÜŞMƏN ÜRƏYİM

YAZIQ DEMƏRƏM

 

Xeberinfo.com:

Daş kimi, daş ürəyim,
Baca –baca oyulub,
Dəlik, kəsik yamaqlı,
Köynəyini soyunub.
Hər dərdi çəkən ürək,
Nə günlərə qoyulub.
Xırdalanıb xərclənən,
Bu gündü dünən deyil,
Məzənnəsi dəyərli,
Heyif ki, tümən deyil.

Heç səsimi dinləmir,
Asta-asta ritmlə,
Səsi gəlir inləmir.
Sanki, birdən ayılır,
Ruhu qidasız qalıb.
Yol yürüyür heçliyə, 
Zamanı vaxtsız çalıb.

Bağlı qalıb qapanıb,
Eşidilmir harayım.
Belimi də, dərd büküb,
Uçub,çöküb sarayım.
Qanı qara açılımaz,
Dərdi gülşən ürəyin.
Qoy hönkürüb ağlayım,
Kaşki gül, sən ürəyim.
Həmdəm beləmi olur?
Mənim düşmən ürəyim,
Mənim düşmən ÜRƏYİM...

 

TƏRANƏ ŞƏMS. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam