Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Məni yox, özünü sən aldadanda

Səbəbinə görə göz yaşları...
*****
Könlümün ahı var dağ şəlaləsi,
Qəlbimin həsrəti axan göz yaşı.
Verdiyin bu zülmün nədir həvəsi,
Ruhumun memarı nəhəng söz daşı.
*****
Elə bir daşdır ki, qranit kimi, 
" Bizim" lə özünə divar hörübdür.
Çəkibdir özünə bir maqnit kimi,
Divarlar ucaldıb yarı bölübdür.
*****
Özümlə danışıb bəzən soruram,
Mən axı özümdən niyə qaçıram?
Nədəndir dəyişib başqa oluram,
Düyülmüş yumaq tək nəyi açıram?
*****
Haraya getsəmdə dönüb özümə;
Məkan dəyişədə ruhum məndədir.
Ayna qarşısında baxıb gözümə,
Gülməyən üzümlə qəlbim qəmdədir.
*****
Şairdir bulud tək dolub boşalan,
Qəlbinin nisgili qələmindədir.
Hiddətli baxışdan yanıb od alan,
Yanaraq, kül olmaq öz əlindədir.
*****
Allahın fitrəti payım olubdur,
Yazmışam özünü sən anladanda.
Dəhşətin ölçüsü sayım olubdur,
Məni yox;- özünü sən aldadanda!
*****
Beləcə dəyişir qələm adamı,
Özünü düşünmür xəyalı səndə.
Nəsiyət edərsə kəlam adamı,
Yanar şair ürəyi məlalı səndə.
Təranə Şəms.8.06.2025

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam